Trampın qərarı Azərbaycan neftinin qiymətinə təsir edəcəkmi? - AÇIQLAMA

ABŞ-ın OPEC-in üçüncü ən böyük istehsalçı olan İrandan neft alışını dayandırması xəbəri “qara qızılın” 2014-cü ildən bu tərəfə ən yüksək həddə çatmasına səbəb olub.“Futures” müqavilələri iki faiz yüksəlib.

Qeyd edək ki, ABŞ İrandan neft idxalının dayandırılması üçün şirkətlərə 180 gün vaxt verib. Bu qərarın neftin istehsal həcminə çox təsir etməyəcəyi bildirilsə də, bazarların təzqiyi artmaqda davam edir.xa0

Prosesin neft bazarına gələcək təsirlərini Oxu.Az-a şərh edən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, İrana qarşı sanksiyaların yenidən bərpa olunacağı yönündə gözləntilər var idi:xa0

“Gözləntilər, adətən, hadisə baş verməzdən əvvəl bazara öz təsirini göstərir. Neft qiymətlərinin son aylarda 70 dollar ətrafında olmasının əsas səbəbi Donald Trampın İran mövzusunda radikal qərar verəcəyi yönündə gözlənti idi. Bazar treyderləri neftin qiymətinin yüksələcəyini proqnozlaşdırdıqlarından daha çox neft tədarük edirdilər. Bu da neftin dəyərini yüksəltdi”.

E.Soltanovun sözlərinə görə, bundan sonra bazarda radikal dəyişikliklər olmayacaq:xa0

“Çünkixa0 sanksiyalarla bağlı gözləntilər bazara psixoloji təsir edərək qiymətləri müəyyən qədər artırmışdı. Müxtəlif hesablamalara əsasən, sanksiyalarla bağlı qərar verildikdən sonra neftinxa0 bazar qiyməti beş dollar ətrafında dəyişəcək. Bu da Azərbaycan neftini təqribənxa0 80 dollara qədər yüksəldə bilər.xa0

Amma burada bir məsələ də var. Avropa Trampın qərarından elə də razı qalmayıb. Trampın sanksiyaları Yaponiya, Cənubi Koreya, Taylandxa0 tərəfindən dəstəklənəcək. Avropa ölkələri, eləcə də, Çinin bu sanksiyalara tam əməl etməməsi gözləniləndir.

Xatırladım ki, 2015-ci ilə qədər qüvvədə olan sanksiyalar Avropa dövlətləri tərəfindən dəstəklənirdi. O zaman İranın bazardakı payı bir milyon bareldən çox azalmışdı. Sanksiyaların aradan qaldırılması ilə İran bazara əlavə neft çıxardı.

İndixa0 azalmanını baş verib-verməyəcəyi sual olaraq qalır. Çünki Avropa ABŞ-ı bu məsələdə əvvəlki kimi dəstəkləməzsə, İran sərt zərbə ilə qarşılaşmayacaq. Düzdür, ixrac bazarları məhdudlaşacaq, şirkətlərin İranla bağlı planları təxirə düşəcək.

Məsələn, TOTAL İrana sərmayə yatırmaq istəyirdi. Lakin şirkət ABŞ-da böyük bank hesablarına malikdir. Yəni ABŞ iqtisadiyyatnın böyüklüyü Avropanın onunla birgə hərəkət etməməsi şəraitində də təsirə malik olacaq”.xa0

E.Soltanov deyir ki, bütün hallarda sanksiyalar bazara əvvəlki kimi təsir etməyəcək:

“Müharibə ehtimalı da istisna deyil. Ehtimal az olsa da, İsrail öz ordusunu səfərbər edib. ABŞ-da müəyyən hazırlıqlar var. Müharibə ehtimalı yüksələrsə, neftin qiymətinə əlavə təsirlər baş verə bilər. Neft 80 dollardan yuxarı qalxacaq”.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

End of content

No more pages to load

RADİO