Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi – FOTO

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ölkəmizə daha bir xarici investisiyanın cəlbinə nail olub.

Niderland İnkişaf Bankı (FMO) və Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq çərçivəsində Azərbaycana 23 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit cəlb edilib. 

Bu, 2024-cü il ərzində Veysəloğlu Şirkətlər Qrupu tərəfindən ölkəmizə cəlb edilən ikinci iri həcmli xarici investisiyadır.

Maliyyə dəstəyi, FMO ilə Araz Supermarketlər Şəbəkəsi arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə reallaşdırılan bu layihə FMO-nun ölkəmizdə dəstək verdiyi ilk aqrobiznes layihəsi olmaqla, Azərbaycanın pərakəndə satış və aqrobiznes sektorlarının inkişafına mühüm töhfə verəcək. 

Layihənin əsas məqsədi yeni logistika anbar kompleksinin tikintisi və mövcud infrastrukturun genişləndirilməsi, yeni mağazaların açılması ilə daha geniş müştəri bazasına yüksək nümunəvi xidmətin göstərilməsi və onları keyfiyyətli məhsullarla təmin edilməsindən ibarətdir. 


Layihənin həyata keçirilməsi nəticəsində, ölkəmizdə pərakəndə ticarət və aqrobiznes sahələrində yeniliklər tətbiq ediləcək, regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq.

Eləcə də, Azərbaycanın regionlarında fəaliyyət göstərən kiçik və orta fermerlərin məhsullarına bazar çıxışı imkanlarını genişləndirəcək, qadınların işlə təminatı artırılacaq.

Eyni zamanda, bu təşəbbüs regionlarda iqtisadi aktivliyin artırılmasına və kənd təsərrüfatı sektorunun inkişafına dəstək olacaq. 

Fəaliyyətinin 30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - FOTO

Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - FOTO

Narkotiklə tutuldu, illər əvvəl qətl törətdiyi üzə çıxdı - Şəmkirdəki cinayətin TƏFƏRRÜATI

Narkotiklə tutuldu, illər əvvəl qətl törətdiyi üzə çıxdı - Şəmkirdəki cinayətin TƏFƏRRÜATI

“Difai” ev oyunlarını Bakıda KEÇİRƏCƏK

“Difai” ev oyunlarını Bakıda KEÇİRƏCƏK

Elçin Quliyev bir qrup hərbi qulluqçunu TƏLTİF ETDİ - FOTO

Elçin Quliyev bir qrup hərbi qulluqçunu TƏLTİF ETDİ - FOTO

Kimlər öldü, kimlər qaldı: İran elitasının AĞIR İTKİLƏRİ – FOTO

Kimlər öldü, kimlər qaldı: İran elitasının AĞIR İTKİLƏRİ – FOTO

II Qareginin qardaşı oğlu ev dustaqlığından azad edildi

II Qareginin qardaşı oğlu ev dustaqlığından azad edildi

Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verilib – FOTO

Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verilib – FOTO

Ançelotti Neymarı milliyə ÇAĞIRMADI

Ançelotti Neymarı milliyə ÇAĞIRMADI

Azərbaycan bu ilin yayında Qırğızıstanda 5 ulduzlu hoteli istifadəyə verəcək

Azərbaycan bu ilin yayında Qırğızıstanda 5 ulduzlu hoteli istifadəyə verəcək

Qobu sakinləri üfunətə məhkum olub: Küçələri çirkab su basır - VİDEO

Qobu sakinləri üfunətə məhkum olub: Küçələri çirkab su basır - VİDEO

Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri 32,5% artıb

Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri 32,5% artıb

“Neftçi” 4 gündə 2 dəfə “Qarabağ”la üz-üzə gələcək

“Neftçi” 4 gündə 2 dəfə “Qarabağ”la üz-üzə gələcək

Novruzun ən ilginc FALLARI – Dəli ola bilərsiniz...

Novruzun ən ilginc FALLARI – Dəli ola bilərsiniz...

“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirdi – FOTO

“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirdi – FOTO

Paltaryuyanı bu rejimə kökləyin — Paltarlar ütülənmiş kimi qırışsız çıxacaq

Paltaryuyanı bu rejimə kökləyin — Paltarlar ütülənmiş kimi qırışsız çıxacaq

“Paris-2024”də 2-ci yeri tutan boksçumuzun da medalı dəyişdiriləcək

“Paris-2024”də 2-ci yeri tutan boksçumuzun da medalı dəyişdiriləcək

Mağazadan oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Mağazadan oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Şeyx Əbdüldən Şəfiqə Məmmədovaya SƏRT İTTİHAM - “Bir dəfə zəng etmədilər, Rasim gələndə deyəcəm” – ÖZƏL

Şeyx Əbdüldən Şəfiqə Məmmədovaya SƏRT İTTİHAM - “Bir dəfə zəng etmədilər, Rasim gələndə deyəcəm” – ÖZƏL

İstintaq təcridxanasına ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

İstintaq təcridxanasına ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu ərazisində "cib" tipli zolaqlar salınacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu ərazisində "cib" tipli zolaqlar salınacaq

"Qızıma görə bunu da qurban verərəm" – VİDEO

"Qızıma görə bunu da qurban verərəm" – VİDEO

“Turan Tovuz”un legioneri Qazaxıstan klubuna KEÇƏ BİLƏR

“Turan Tovuz”un legioneri Qazaxıstan klubuna KEÇƏ BİLƏR

“Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, amma biz bunu havayı etdik”

“Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, amma biz bunu havayı etdik”

Şəmkirdə dəhşət: 50 yaşlı kişi qonşusunun boynunu qırdı - TƏFƏRRÜAT

Şəmkirdə dəhşət: 50 yaşlı kişi qonşusunun boynunu qırdı - TƏFƏRRÜAT

End of content

No more pages to load

RADİO