İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"Görüşdə ikitərəfli münasibətlərin intensiv inkişafını məmnunluqla vurğuladıq. Ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə etdik".
Bizim.Media