2025-ci ildə Azərbaycanda əhalinin gəlirlərinin 90,1 milyard manat, xərclərinin isə 86,5 milyard manat olacağı proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə qeyd edilib.
Qeyd edilib ki, 2026-cı ildə əhalinin gəlirləri 97,1 milyard manat, xərcləri 93,4 milyard manat, 2027-ci ildə əhalinin gəlirləri 104,5 milyard manat, xərcləri 100,4 milyard manat, 2028-ci ildə isə əhalinin gəlirləri 112,5 milyard manat, xərcləri isə 107,9 milyard manat təşkil edəcəyi gözlənilir.
Bizim.Media