“Bələdiyyələr əmlak vergisi tuturlar, lakin yüz minlərlə evlər sənədləşmədiyi üçün sənədsiz evləri vergilərə cəlb edə bilmirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Kamran Bayramov parlamentin 18 oktyabr tarixində keçirilən iclası zamanı deyib.
O, bu səbəbdən bələdiyyələrin büdcəsini doldura bilmədiyini qeyd edib.
“Küçə reklamlarından gələn gəlirlər də yalnız onlara aid torpaqlarda yerləşdirilən reklamlara aiddir”.
Günay Şahmar, Bizim.Media