“Bəzi binalarda təbii qaz yoxdur. Ona görə də bu tip binalarında yaşayanlar mənzilləri isitmək üçün elektrik enerjisindən istifadə edirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri depuatat Razi Nurullayev parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O, təbii qaz olmayan binalarda yaşayanlara elektrik enerjisinin güzəştli şərtlərlə verilməsini təklif edib:
“Həmin binalarda təbii qazın olmaması sakinlərin günahı deyil, ona görə də onlara elektrik enerjisinin güzəştli şərtlərlə verilməsinin növbəti iclaslarda müzakirə olunmasını təklif edirəm”.
Günay Şahmar, Bizim.Media