Paytaxtın restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqinə başlanılır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) COP29 missiyasına uyğun olaraq “Recepta” və “Clopos” startapları ilə birlikdə restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqi üçün strateji əməkdaşlığa başlayır.

Agentlikdən Bizim.Media-ya bildirilib ki, İRİA bu layihənin həyata keçirilməsinə dəstək verməklə ölkə daxilində yayılmasını təmin edəcək. “Recepta” rəqəmsal qəbz texnologiyasını tətbiq edəcək və bu həlli geniş miqyasda restoranlar üçün əlçatan edəcək. “Clopos” qabaqcıl POS sistemləri vasitəsilə rəqəmsal qəbz həllərinin texnoloji inteqrasiyasını təmin edəcək.

Bu layihə sahibkarlar, dövlət və müştərilər üçün bir sıra üstünlükləri mümkün edir. Sahibkarlar üçün fərdiləşdirilmiş rəqəmsal çeklərlə müştəri təcrübəsinin təkmilləşdirilməsi, müştəri davranışına dair zəngin məlumatlara əlçatanlıq və hədəfyönümlü marketinq üçün imkanlar yaranır.
 

Xarici və COP29 ziyarətçilərinə gəldikdə, rəqəmsal çekləri asanlıqla toplamaq və xərclərin geri qaytarılması üçün təqdim etmək mümkün olacaq. Bu da səyahət təcrübəsini sadələşdirəcək.


Yerli sakinlər bir neçə istehsalçı və istehlakçıdan mükafat və loyallıq proqramlarından yararlana biləcəklər. Layihənin həyata keçməsinin dövlət üçün kağız tullantılarının əhəmiyyətli dərəcədə azalması ilə ekoloji faydaları və data təhlilinin təkmilləşdirilməsi ilə daha mütərəqqi iqtisadi tənzimləmələrin nəzərdən keçirilməsi mümkün olacaq.

Bu, həm də ölkə olaraq Azərbaycanın dayanıqlıq və rəqəmsal innovasiya sahəsində atdığı əhəmiyyətli addımların göstəricisi olacaq.

Qeyd edək ki, layihədə iştirak edən “Recepta” startapı kağız qəbzlərə olan tələbatı minimuma endirərək, ətraf mühitin qorunmasına və yaşıl iqtisadiyyata keçidi sürətləndərən həllər təklif edir. “Clopos” startapı isə restoran bizneslərini innovativ POS proqramı və idarəetmə sistemi ilə təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Alena Əliyeva əsaslı bərpa və konservasiya işlərindən sonra Buxara karvansarasının açılışında - FOTO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

Sahibkarlar yanan Dərnəgül bazarından mallarını çıxarmağa çalışırlar - FOTO/VİDEO

Gürcüstanın Katolikos-Patriarxı VƏFAT ETDİ

Gürcüstanın Katolikos-Patriarxı VƏFAT ETDİ

Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTO

Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

End of content

No more pages to load

RADİO