Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması istiqamətində işlər tamamlanır

Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə, oradan da Avropaya çatdırılması istiqamətində işlər başa çatmaq üzrədir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, ilkin mərhələdə 2 milyard kubmetr qazın Türkiyəyə çatdırılması nəzərdə tutulur. Gələcəkdə bu həcmin daha da artırılacağı nəzərdə tutulub.

Qeyd edək ki, geosiyasi mövqeyindən istifadə edən Türkiyə Türkmənistan qazını Avropaya çatdırmaq öhdəliyini götürmək istəyir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji problemi ilə üzləşdiyi bir zamanda alternativ yollar axtarışına başlanıb. Alternativ yollardan biri hesab edilən Türkmənistan qazının Avropaya çatdırılması üçün ilk mərhələdə Türkiyə ilə Türkmənistan arasında Anlaşma Memorandumu imzalandı.

Müqavilə təbii qaz və karbohidrogen sahəsində mühüm əməkdaşlıqları əhatə edir. Daha sonra Bakı və Ankara arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub.

Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı və Ankaranın bu layihələr vasitəsilə təkcə öz təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmədiyini, həm də Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verdiyini deyib:

“Bugünkü razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək.

Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

End of content

No more pages to load

RADİO