Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 200 milyon manat həcmində, 28 gün tədavül qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bizim.Media-ya BFB-dan verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 877 milyon 278 min 700 manat olub.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib.
Notların ödəmə tarixi 2 dekabr 2020-ci ildir.
Bizim.Media