2024-cü il iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7% artaraq 775 min, aktiv ƏDV ödəyicilərinin sayı 6,7% artaraq 48,8 min təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, bu dövrdə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,4% artıb və 207,4 min olub.
Bizim.Media