Bu ölkəyə xüsusi reyslər açılır - Bilet satışı başladı

Azərbaycanın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportundan Londonun "Hitrou" hava limanına (IATA: LHR) yerinə yetiriləcək xüsusi reyslər üçün bilet satışına başlayır.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

"AZAL" aviaşirkəti Böyük Britaniyanın paytaxtına mayın 8-dən etibarən həftədə bir dəfə (şənbə günləri) uçuşlar icra etməyə başlayacaq, mayın 25-dən isə Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaqdır (çərşənbə axşamı və şənbə Aviabiletlərin satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçirilir.

Bakı-London istiqaməti üzrə reysin sərnişinləri:

- Böyük Britaniya ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Böyük Britaniya ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

//www.azal.az/az/information/covid-uk

- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir:

//www.azal.az/az/information/covid-clinics.

Eyni zamanda, Böyük Britaniyaya səyahət edən bütün şəxslər ölkəyə gəldikdən sonra iki dəfə - Krallıq ərazisində olduğu ikinci və səkkizinci günlər koronavirus testindən keçməlidirlər. Həmin testlər səyahət etməzdən əvvəl hökumət saytındakı formanı dolduraraq əvvəlcədən təxsis edilməlidir.

London-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar və ya ölkədə daimi yaşamaq üçün icazəyə malik olmalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

//www.azal.az/az/information/covid-azerbaijan.

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR- kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq.

Böyük Britaniyada koronavirus infeksiyasına dair testi vermək üçün tövsiyə edilən laboratoriyaların siyahısı ilə burada tanış ola bilərsiniz:

//www.azal.az/az/information/covid-azerbaijan.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər 14 təqvim günü ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər 14 təqvim günü ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Hər iki istiqamət üzrə reyslərin sərnişinləri:

- COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar;

- qeyd olunmuş keçiddən istifadə etməklə pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: //youtu.be/-s-0s4o1L2M

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

“Windows”dan imtina edirlər

“Windows”dan imtina edirlər

End of content

No more pages to load

RADİO