Bakıda yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI 

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. 

Bizim.Media xəbər veri ki, bunu “trend.az”a yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. 

Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. 

Bəs bu nə dərəcədə qanunidir? 

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bəzi binalarda MTK rəhbərliyinin özü, ya da zirzəmilərindəki parklanma yerlərini almış şəxs həmin yeri icarəyə verə bilir: 

“Çoxmənzilli binalar tikilərkən parklanma mütləq nəzərə alınmalıdır. Çünki paytaxtda insan sayı getdikcə artır. Bu səbəbdən də avtomobillərin sayında artım müşahidə edilir. Belə olduqda hər binanın mənzil sayına görə avtopark yeri olmalıdır. Yeni tikilən binaların birinci mərtəbələrində ictimai-iaşə obyektləri açılır. Buranın ziyarətçilərinin böyük əksəriyyəti avtomobillə gəlir. Lakin həmin obyektlərin avtomobil saxlamaq üçün yeri olmur. Bu da böyük problemlərdən biridir.

Bakının Baş planına əsasən, binalar söküləndə belə hallar mütləq nəzərə alınmalıdır. Park yerləri özəl mülkiyyətdirsə və icarəyə verilirsə, belə halda istədiyi qiyməti qoya bilər. Qanunla bu qadağan deyil. Bununla bağlı hər hansısa tarif olmadığından sui-istifadə halları qaçılmazdır”. 

Hüquqşünas Arif Nəzərov isə bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. 

“Həmçinin, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Göründüyü kimi, mövcud qanunvericiliklə çoxmənzilli binanın zirzəmi hissəsində olan avtodayanacaqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid edilməyib. 

Bununla əlaqədar, mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihələndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür”, - deyə hüquqşünas qeyd edib. 

Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq. 

0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək. 

Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. 

Gündəlik tariflər aşağıdakı kimi olacaq: 

0-2 saat - 1 manat; 

2-4 saat - 2 manat; 

4-6 saat - 3 manat; 

6-10 saat - 4 manat; 

10-12 saat - 5 manat; 

12-24 saat - 8 manat. 

Aylıq tariflər isə belə olacaq: 

Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat); 

Bütün günü (24 saatlıq) - 120 manat (60 manat); 

Qonşular tarifi - 50 manat (20 manat). 

Göründüyü kimi, aylıq tariflər 100-170% artıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

Tanınmış jurnalistin səhhəti PİSLƏŞDİ – FOTO

Tanınmış jurnalistin səhhəti PİSLƏŞDİ – FOTO

Daha şəffaf və stimullaşdırıcı YANAŞMA – Dövlət qulluğunda yeni əməkhaqqı modelinin ÜSTÜNLÜKLƏRİ

Daha şəffaf və stimullaşdırıcı YANAŞMA – Dövlət qulluğunda yeni əməkhaqqı modelinin ÜSTÜNLÜKLƏRİ

İranın yeni ali lideri “boş fiqur”dur - İsrail analitikləri

İranın yeni ali lideri “boş fiqur”dur - İsrail analitikləri

Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq - RƏY

Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq - RƏY

End of content

No more pages to load

RADİO