Kirayə evlərdən 14 faiz vergi tutulması çox yüksəkdir – EKSPERTLƏRİN RƏYİ

Evlərini kirayə verən əmlak sahiblərindən tutulan verginin faizi çoxdur.

Bunu Bizim.Media-ya açıqlamasında əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, əmlak sahiblərindən tutulan vergi 5 faiz olarsa, bu, məqbul hesab olunur:

“Faizin aşağı olması tək mənzillərin kirayə verilməsi ilə bağlı deyil. Eyni zamanda ictimai iaşə obyektlərinin də icarəyə verilməsinə də aiddir:

“Elə obyektlər var ki, onlar icarəyə verilərkən 14 faiz  kirayə vergisi tutulur. Pandemiya  zamanı müvvəqəti olaraq bu rəqəm 7 faizə endirilib. Verginin 14 faiz olması vətəndaşları vergi verməkdən yayındırır. Kirayə müqaviləsi bağlanmır. Bu da gələcəkdə  kirayə verənlə kirayədə qalan arasında müxtəlif  problemlərin yaranmasına səbəb olur. Düşünürəm ki, kirayə evlərdən 14 faiz vergi tutulması çox yüksəkdir. Bu rəqəm 5 faizdən 2 faizə kimi endirilməlidir.

Elə mənzil var ki, kirayə haqqı 10 min manatdır. Vəsaitin 14 faizi vergiyə tutulanda yetərincə böyük rəqəm edir. Mənfəət vergi ödəyiciləri var ki, onlara hazırda güzəştlər tətbiq ediblər. Onlar indi  20 faizlik verginin 75 faizindən azaddırlar. Qısa desək, mənfəət vergi ödəyiciləri məbləğin 5 faizini ödəyirlər. Evini kirayə verən vətəndaş daha çox mənfəət vergisi ödəməyə maraq göstərir.

Çünki orada faiz aşağıdır. İqtisadiyyat Nazirliyində bu məsələyə baxılmalıdır. Kiçik Orta Sahibkarlğın İnkişafı Agnetliyinə faizlərin aşağı salınması il bağlı fikirlər səsləndirmişik. Lakin hələlik təkliflərimizə baxan olmayıb”.

Digər ekspert  Natiq Cəfərli isə bildirir ki, kirayədən tutulan vergi 5 faizə düşsə, həm icarə müqavilərinin sayı çoxalar, həm də bundan vergi daxil olmaları da artar: 

“İndi yenidən kirayə vergisi 14 faizdir. Reallığı nəzərə alsaq, təbii ki, faiz yüksəkdir. Bu da onunla nəticələnir ki, müqavilə bağlanmır. Nəticədə dövlət büdcəsi itirir. Və yaxud da mənzilin kirayə verilməsi rəsmiləşdiriləndə gəlir az göstərilir. Vergi dərəcəsinin 5-ə kimi endirilməsinə ehtiyac var. Və daha ciddi mexanizmlər hazırlanmalıdır. Onsuz da faiz aşağı düşsə, hökümət dövlət büdcəsinə daha çox vəsait cəlb edə bilər”.  

İqtisadçı alim Emin Qəribli isə digər müsahiblərimizdən fərqli düşünür:

“Mənzilləri daha çox kirayəyə varlı adamlar verirlər. Biri  nəvəsinə, oğluna, qızına mənzil alıb gələcək yaşayışını sığortalayır. Dövlət də təbii ki, bilir ki, belə evləri imkanlı adamlar alıb kirayəyə verir. Ona görə də  yüksək faiz qoyub ki, dövlət büdcəsinə daha çox vəsait  daxil olsun. Bu baxımdan faizi yüksək hesab etmirəm.

Qoy o varlı adamların qazanclarından dövlət büdcəsinə də daxil olsun. Vətəndaş da var ki, kirayədən gələn vəsaitin hesabına dolanışığını təmin edir.

Belə vətəndaşlar keçid edəcəyimiz bəyannamə sistemində öz gəlirini bəyan etməlidir. Və qeyd olunmalıdır ki, kirayədən gələn gəliri təhsil, yaşayış və digər sosial ehtiyacları üçün xərcləyir. Bizdə də bu proqram qəbul olunub. Mərhələli şəkildə keçid olacaq. Fərdi olaraq dövlət tərəfindən o vətəndaşın özünə güzəşt olunacaq”. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar

“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar

Azərbaycan Ordusunun hərbçisi VƏFAT ETDİ

Azərbaycan Ordusunun hərbçisi VƏFAT ETDİ

Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

“Xamenei ilə vidanın 4 iyulda keçirilməsi təsadüfi deyil”

“Xamenei ilə vidanın 4 iyulda keçirilməsi təsadüfi deyil”

“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı

“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı

Fransada anomal istilər səbəbindən ölənlərin sayı 2000 nəfəri ÖTDÜ

Fransada anomal istilər səbəbindən ölənlərin sayı 2000 nəfəri ÖTDÜ

Nümayəndə heyətimiz Xameneinin vida mərasimi üçün Tehranda səfərdədir - VİDEO

Nümayəndə heyətimiz Xameneinin vida mərasimi üçün Tehranda səfərdədir - VİDEO

“Kəpəz”ə yeni sədr SEÇİLDİ

“Kəpəz”ə yeni sədr SEÇİLDİ

Amalın bacısı -“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - FOTO

Amalın bacısı -“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - FOTO

Nizami rayonunda YANĞIN – VİDEO

Nizami rayonunda YANĞIN – VİDEO

SON DƏQİQƏ! Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

ABŞ-dan XƏBƏRDARLIQ: Rusiya Polşaya hücuma hazırlaşır

ABŞ-dan XƏBƏRDARLIQ: Rusiya Polşaya hücuma hazırlaşır

Pakistanın Əfqanıstandakı terrorçuları hədəf almasına ABŞ-dan REAKSİYA

Pakistanın Əfqanıstandakı terrorçuları hədəf almasına ABŞ-dan REAKSİYA

Yaşlanmanın insan orqanizminə təsirinin əsas SƏBƏBİ

Yaşlanmanın insan orqanizminə təsirinin əsas SƏBƏBİ

Daşınmaz əmlak bazarında son vəziyyət – Qiymətlər AÇIQLANDI

Daşınmaz əmlak bazarında son vəziyyət – Qiymətlər AÇIQLANDI

“Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?

“Arzum bu halda azadlığa çıxa bilərdi” - Cəza niyə ağır oldu?

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

Teymur Kərimov vəfat etdi – FOTO

Teymur Kərimov vəfat etdi – FOTO

Emil Mustafayev daha iki il “Sumqayıt”da

Emil Mustafayev daha iki il “Sumqayıt”da

Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Dünənki hücuma görə Rusiyanın Baş Qərargah rəisinə cinayət işi AÇILDI

Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI

Toyuğunu öldürdüyünə görə dostunu BALTALADI

End of content

No more pages to load

RADİO