Azərbaycanda yeni pambıq sortları yaradılacaq - RƏSMİ

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yarada biləcək.

Bu barədə Bizim.Media-ya nazirlikdən bildirilib.

Məlumata görə, bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə reallaşdırılmış layihə əsasında İnstituta hədiyyə edilən avadanlıqların köməyi ilə mümkün olacaq.

150 min avrodan artıq dəyərə malik avadanlıqlar molekulyar səviyyədə biotexnoloji tədqiqatların və analizlərin inkişaf etdirilməsinə imkan verəcək.

Bununla yanaşı, pambıq sortlarının iqlimin qeyri-əlverişli şəraitinə qarşı davamlılığını vizual qiymətləndirmə bəzən yanlışlıqlara səbəb olduğu üçün yeni avadanlığın DNT analizi aparmaq xüsusiyyətlərindən istifadə ediləcək.

Aqrar Kredit və İnkişaf Agentliyinin AEBA ilə əməkdaşlıq əsasında həyata keçirdiyi “Xəstəliklərə, quraqlığa və duzluluğa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsinin məqsədi quraqlıq və şoranlaşmaya, xəstəliklərə dözümlü, məhsuldar yeni pambıq növlərinin yaradılmasıdır.

Layihə çərçivəsində mütəxəssislərin hazırlığı istiqamətində bir sıra addımlar atılıb, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər, təcrübə mübadilələri reallaşdırılıb, mütəxəssislər xaricdə təlim keçmək imkanı qazanıblar.

Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanda nüvə texnologiyası tətbiq etməklə pambıqçılıqda məhsuldarlığın inkişaf etdirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsinin həyata keçirilməsi də nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

“Windows”dan imtina edirlər

“Windows”dan imtina edirlər

End of content

No more pages to load

RADİO