Supermarketlər alıcılara KOMPENSASİYA ödəməlidir – HAQQINIZI TƏLƏB EDİN - FOTO

Azərbaycanda alıcılar böyük supermarketlərdən alış-veriş edən zaman tez-tez aldıqları məhsulun vitrin qiymətləri ilə kassa qiymətlərinin üst-üstə düşməməsindən şikayətçidirlər.

Alıcı Səmaya Əhədova Bizim.Media-ya söyləyib ki, Suraxanı rayonu ərazisində yerləşən “Araz” exspress  supermarketlər şəbəkəsində vitrində Berqa çayının qiyməti 5 manat 42 qəpiyə yazılmışdı, yanında da qırmızı hərflə endirim qeyd olunmuşdu, lakin kassaya gələdə 5 manat 90 qəpik göstərdi:

“Ayıq-sayıq olmasaydıq, kassir elə o qiyməti bizdən alacaqdı. Belə hallara tez-tez rast gəlirəm”.

Şəhər sakini Bilal Məmmədov isə deyir ki, evə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” supermarketlər şəbəkəsindən 1 kq şəkər tozu alırdım. Vitrində endirimlə 95 qəpik yazmışdılar. Evə gedib baxanda qəbzdə 1 manat 10 qəpik gördüm.

Yerigəlmişkən supermarketlərin tələsinə düşən və hüquqları pozulan müştərilərin sayı çoxdur.

Müştərinin duyuq düşdüyünü bilən kassir “Aaa səhf gördüm, üzürlü sayın” deyir. Və yaxud da “vitrində qiymət dəyişilməyib” deyərək vəziyyətdən çıxır.
 

MÖVZU İLƏ BAĞLI:

Supermarketlərdə qəbz fırıldağı: "ƏDV-ni geri almaq üçün kod verilmir"- ŞİKAYƏT 


Bəs aldadılan alıcılar nə etməlidir? - sualına cavab olaraq iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki,vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə kütləvi şəkildə müraciət etməlidir:

“Daha sonra istehlakçıların hüquqlarının pozulmasında onların haqlarını tələb edən QHT-yə müraciət etsinlər. Eyni zamanda aldandığını görən müştərilər kütləvi və ya fərdi şəkildə məhkəmələrə müraciət etməlidirlər ki, dövlət orqanı bu problemlə bağlı ölçü götürməyə məcbur olsun. Məhkəmə bu faktı təsdiq etdikdən sonra aldanmış alıcıların kompensasiyası da ödəniləcək”.

Söhbət apardığımız supermarketlərin administratorları isə mövzuya birmənalı yanaşmırlar.

“Araz” supermarketlər şəbəkəsinin administratoru Samir Həlimov vurğulayır ki, qiymət dəyişiklikləri tez-tez baş verir və bu dəyişikliklər tədarükçülərdən qaynaqlanır: 

“Market şəbəkələrində bu qiymət dəyişiklikləri mərkəzdən idarə olunur və kassada avtomatik olaraq yenilənir. Təbii ki, belə hall olan zaman dərhal mağaza personalına məlumat verilir.

Marketdə yüz minlərlə məhsul çeşidi olur və qiymətlərin vitrində dəyişikliyi fiziki olaraq bir neçə saat çəkir.

Müştəri də həmin vaxt məhsulu alırsa, avtomatik qiymət fərqi yaranır. Bu da müştəri narazılıqlarına səbəb olur”.

Şişirdilmiş qiymət artımların qarşsını alan, istehlakçıların hüquqlarını qoruyan qurum İqtisdiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildiriblər ki, məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görmək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətindədir. 

Bütün hallarda biz müştərilər diqqətli olmalıyıq ki,  supermarketlərin  vitrin tələsinə düşməyək.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

“Şamaxı” “Qarabağ”la, “Sabah” “Zirə” ilə qarşılaşır

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Arıqlamaq istəyirsizsə, bu qidalardan UZAQ durun

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Masazırda iki qadın qətlə yetirilib

Masazırda iki qadın qətlə yetirilib

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Qubanın daha bir kəndində SÜRÜŞMƏ baş verib – FOTO

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Sumqayıt qəbiristanlığından meyit TAPILIB

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

Kişi qadının soyadını götürəndə niyə qınanır? – Ailələrin ad üzərindən GÜC GÖSTƏRİŞİ

End of content

No more pages to load

RADİO