“Zəngəzur dəhlizi geoiqtisadi əhəmiyyətimizi artıracaq” - VÜQAR BAYRAMOV

Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib.  

Bizim.Media xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov məsələni şərh edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzurda yaşayan erməni: “Düşmənlə üz-üzə qalmışıq, yaxşı ki, ruslar buradadırlar” 


O, Zəngəzur dəhlizinin yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacağını söyləyib:

“Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar,  Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər.  

Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.

Deputat əlavə edib ki, dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək:

“Ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”- deyə iqtisadçı əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

DİM açıqladı: həmin şəxs barəsində araşdırma aparılır

DİM açıqladı: həmin şəxs barəsində araşdırma aparılır

Ağdamda AĞIR QƏZA - Yaralılar var - FOTO

Ağdamda AĞIR QƏZA - Yaralılar var - FOTO

Qaz avadanlıqlarının təhlükəsizliyinə dair reqlament QƏBUL EDİLDİ

Qaz avadanlıqlarının təhlükəsizliyinə dair reqlament QƏBUL EDİLDİ

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"

Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"

104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB

104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB

Dünya ölkələrində uşaqlar üçün sosial şəbəkə MƏHDUDİYYƏTLƏRİ – Valideynlər ölkəmizdə tətbiqini TƏLƏB EDİRLƏR

Dünya ölkələrində uşaqlar üçün sosial şəbəkə MƏHDUDİYYƏTLƏRİ – Valideynlər ölkəmizdə tətbiqini TƏLƏB EDİRLƏR

Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO

Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO

“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir

“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir

Xamenei ilə vida mərasimində təhlükəsizlik necə təmin edilir? – FOTO

Xamenei ilə vida mərasimində təhlükəsizlik necə təmin edilir? – FOTO

“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO

“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO

Fransa millisinin müdafiəçisi “Beşiktaş”da

Fransa millisinin müdafiəçisi “Beşiktaş”da

Sahibə Qafarova Pezeşkiana başsağlığı verdi – VİDEO

Sahibə Qafarova Pezeşkiana başsağlığı verdi – VİDEO

Bakıda "Changan" AŞDI: XƏSARƏT ALANLAR VAR – FOTO/VİDEO

Bakıda "Changan" AŞDI: XƏSARƏT ALANLAR VAR – FOTO/VİDEO

Litvadan GÖZLƏNİLMƏZ ADDIM - Nüvə silahı ilə bağlı tarixi qadağa ləğv edilir

Litvadan GÖZLƏNİLMƏZ ADDIM - Nüvə silahı ilə bağlı tarixi qadağa ləğv edilir

Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat BAŞLAYIR

Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat BAŞLAYIR

Bakıda 10 minlik elektrik naqili oğurlandı – TUTULAN VAR

Bakıda 10 minlik elektrik naqili oğurlandı – TUTULAN VAR

Azərbaycan nümayəndə heyəti Xamenei ilə vida mərasimində - VİDEO

Azərbaycan nümayəndə heyəti Xamenei ilə vida mərasimində - VİDEO

Müflis olan milyonçu kuryerliyə başladı

Müflis olan milyonçu kuryerliyə başladı

End of content

No more pages to load

RADİO