Azərbaycan Pakistanda yeni neft emalı zavodunun tikintisi üzrə əməkdaşlığı MÜZAKİRƏ EDİB - FOTO 

Azərbaycan Pakistanda yeni neft emalı zavodunun tikintisi üzrə mümkün əməkdaşlıqla bağlı müzakirələri davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında qeyd edilib. 

Məlumata görə, bunu energetika nazirinin müavini Kamal Abbasov İslamabad şəhərində keçirilən Pakistan Mineral İnvestisiya Sammiti: “Tozdan İnkişafa” adlı beynəlxalq tədbirdə çıxışı zamanı bildirib.

"Faydalı qazıntılar sənayesinin inkişafı və dayanıqlı idarəetmə" adlı nazirlər sessiyasında çıxış edən nazir müavini Azərbaycanın neft-qaz sənayesinin inkişafı, hasilat həcmləri, ixrac dinamikası və gələcək planlar haqqında məlumat verib, ölkəmizin qlobal yaşıl enerji keçidinə və enerji təhlükəsizliyinə töhfələrindən danışıb. 

Ortaq tarix, mədəniyyət və din, həmçinin həmrəylik və qarşılıqlı dəstək əsasında qurulmuş, hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan münasibətlərini vurğulayan nazir müavini əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən enerji sahəsində genişləndirilməsi üçün perspektivlərin olduğunu bildirib. 

Çıxışda Azərbaycan Respublikası və Pakistan İslam Respublikası Hökumətləri arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişə diqqət çəkilib və sənədin imzalanmasından ötən dövr ərzində SOCAR-ın Pakistanda LNG tədarükü istiqamətində etibarlı təchizatçı kimi fəaliyyəti vurğulanıb.
Qısa zaman öncə LNG tədarükü sahəsində imzalanmış Sazişin bu istiqamətdə böyük imkanlar yaratdığı qeyd edilib. O da vurğulanıb ki, Azərbaycan Pakistana neft-kimya məhsulları və karbamid gübrəsi də tədarük edir və yaxın gələcəkdə ixracın həcmi genişləndirilə bilər.

Həmçinin, Pakistanda neft-qaz strukturlarının kəşfiyyatı, həmçinin mədənçıxarma sektorunda müvafiq şirkətlərlə əməkdaşlıq imkanlarının olduğu da qeyd edilib. 

Sammitdə təbii ehtiyatların idarə olunması, səmərəli istifadəsi, qlobal təchizat zəncirində təhlükəsiz təminatı ilə yanaşı mədənçilik sektorunda investisiya imkanlarına dair müzakirələr aparılıb. 

Səfər çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu ölkənin Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və İnfrastruktur Şurasının icraçı direktoru Şah Cahan Mirzə ilə görüşüb. Bir sıra digər ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

Bölgələrdə hava necədir?

Bölgələrdə hava necədir?

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

End of content

No more pages to load

RADİO