Şamaxıda su kanalının betonlanması üçün 130 minlik TENDER – Qalib şirkət haqqında maraqlı FAKTLAR 

Şamaxı Rayonu Suvarma Sistemləri İdarəsinin cari ilin mart ayının 14-də elan etdiyi “Torpaq məcralı Dibarx kanalının L=1.9 km (işin davamı) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satın alınması” tenderinin nəticələrini və qalibini açıqlayıb.

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 129 min 675 manat olan müsabiqənin qalibi “AzTikintiServis” MMC (VÖEN -  3103031301) elan olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

“QaçqınKom”dan 1,1 milyonluq TENDER – Qalib şirkətlər haqqında MARAQLI FAKTLAR – FOTO 


Yaxın günlərdə tərəflər arasında bağlanacaq satınalma nüqaviləsinin şərtlərinə əsasən, şirkət 11400 kvmetr sahədə kanalın ətrafını basmış yabanı otlardan və kol-kosdan əl ilə təmizlənməsi, 2150 kubmetr sahədə “T-130” markalı buldozerlə II qrup qruntun qazılaraq 10 metr məsafəyə itələnməsi, 3214 kubmter sahədə “T-130” markalı buldozerlə II qrup qruntun hamarlanması, 1064 kubmetr sahədə malovun tutumu 0,65m³ olan ekskavatorla mövcud kanalın lildən təmizlənməsi, 7144 kv-metr sahədə II qrup qruntdan olan kanalın dib və yamaclarının əl ilə hamarlanması, 114 kubmetr sahədə kanalın dibinə qum-çınqıl qarışığından hazırlıq qatının verilməsi, 714,36 kubmetr sahədə B12,5 (M-150) markalı betondan 10 sm. qalınlığında örtüyün düzəldilməsi, 3 643 metr sahədə bitum polimer mastikası ilə inşaat tikişlərinin qoyulması, 7,5 kubmetr sahədə çalovun tutumu 0,65m³ olan ekskavatorla II qrup qruntun qazılıb kənara atılması və digər 54 adda tikinti işlərini həyata keçirəcək. 

Qeyd edək ki, 13 mart 2019-cu ildə yaradılan və 100 manatlıq nizamnamə kapitalına malik olan “AzTikintiServis” MMC-nin direktoru Paşa Papaqçıyevdir.

13 mart 2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi (Xırdalan qəsəbəsi), ev 11-də yerləşir.

Şirkətin qalib olduğu tender təkcə bununla kifayətlənmir və yarandığı gündən bu günə qədər milyonlarla manat dəyərində satınlama müqavilələrinə imza atıb. 

Belə ki, Şirkət 18 may 2020-ci ildə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti tərəfindən ümumi maliyyə dəyəri 1,4 milyon manat olan tenderin iki qalibindən biri olub və aralarında 733 min manatlıq tender müqaviləsi imzalanıb.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən 20 may 2020-ci ildə elan edilən Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinin satınalınması tenderinin qaliblərindən biri olub və aralarında imzalanan satınalma müqaviləsinin məbləği barədə mətbuatda heç bir məlumat yoxdur.

27 ilyul 2022-ci ildə şirkət “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin Şəmkir sol sahil maşın kanalının beton üzlüyünün təmiri işlərinin satınalınması ilə bağlı tenderinin qalibi olub.

Tərəflər arasında maliyyə dəyəri 208 min 498 manat olan satınlma müqaviləsi bağlanılıb. Şirkət ötən ilin 7 ayı ərzində ümuni dəyəri 1 milyon 944 min manatdan artıq olan 10 tenderin də qalibi olub. Bu tenderlərin 9-u Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-in tabeliyindəki qurumlara aid olub.

Yerdə qalan bir tender müqaviləsi isə Abşeron Milli Parkı ilə imzalanıb. Həmin dövrdə “Aztikintiservis” MMC-nin dövlətə 6900.10 manat vergi borcu olub.

Cari ilin fevral ayının 2-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin “Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işləri” satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibi də bu şirkət olub. Tərəflər arasında 1 milyon 477 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Şirkət ikinci dəfə mayın 1-də Tovuz Rayon Suvarma Sistemləri İdarəsinin elan etdiyi tenderdə qalib olub v aralarında 118 713 manatlıq satınalma müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə görə, şirkət qurum üçün Bastam arxının beton üzlüyə alınması və üzərindəki qurğula rın əsaslı təmiri işlərini həyata keçirib.

Ən son tenderini isə bu ayın 1-də əldə edib. Belə ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Quba Suvarma İdarəsinin bu ilin 10-15 mart tarixlərində elan etdiyi və ümumi dəyəri 369 min 130 manat olan tenderlərdə iştirak edib. Maliyyə dəyərləri 110 min və 169 min 660 manat manat olan iki tenderin qalibi elan olunub. 




Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kök və xəstə miqrantlar ABŞ-a buraxılmayacaq – Tramp göstəriş verdi

Kök və xəstə miqrantlar ABŞ-a buraxılmayacaq – Tramp göstəriş verdi

Köçəryan və Sarkisyanın adamı axtarışa verildi – Moskvaya qaçıb?

Köçəryan və Sarkisyanın adamı axtarışa verildi – Moskvaya qaçıb?

C-130 QƏZASI: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

C-130 QƏZASI: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

Türkiyə nümayəndələri qəza yerində araşdırmalara BAŞLADILAR – VİDEO

Türkiyə nümayəndələri qəza yerində araşdırmalara BAŞLADILAR – VİDEO

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və suveren inkişafımızın hüquqi təməlidir

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və suveren inkişafımızın hüquqi təməlidir

Naxçıvanda rayon mədəniyyət idarələri ləğv edildi – YENİLƏRİ…

Naxçıvanda rayon mədəniyyət idarələri ləğv edildi – YENİLƏRİ…

10 yaşlı uşaq pulun içinə qoyulan partlayıcıdan xəsarət aldı – VİDEO

10 yaşlı uşaq pulun içinə qoyulan partlayıcıdan xəsarət aldı – VİDEO

Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkilir – VİDEO

Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkilir – VİDEO

İran prezidenti: “Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil” – VİDEO

İran prezidenti: “Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil” – VİDEO

UEFA “Qarabağ” və Zubirdən reportaj hazırladı – VİDEO

UEFA “Qarabağ” və Zubirdən reportaj hazırladı – VİDEO

Təyyarə qəzasında şəhid olan mayorun həyat yoldaşı 5 aylıq hamilə imiş... – VİDEO

Təyyarə qəzasında şəhid olan mayorun həyat yoldaşı 5 aylıq hamilə imiş... – VİDEO

DİQQƏT! Bakının üç rayonunda qaz kəsiləcək

DİQQƏT! Bakının üç rayonunda qaz kəsiləcək

Türkiyə təyyarəsinin daha iki qalığı tapıldı - VİDEO

Türkiyə təyyarəsinin daha iki qalığı tapıldı - VİDEO

Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi – VİDEO

Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi – VİDEO

78 stomatoloji klinikada yoxlama keçirildi - 72-sində nöqsanlar var

78 stomatoloji klinikada yoxlama keçirildi - 72-sində nöqsanlar var

Xırdalanda faciə: Mərmər daşın altında qalaraq öldü

Xırdalanda faciə: Mərmər daşın altında qalaraq öldü

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

Təyyarənin qəzaya uğradığı ərazidə son vəziyyət – VİDEO

Təyyarənin qəzaya uğradığı ərazidə son vəziyyət – VİDEO

Rüşvət alan 19 vəzifəli şəxslə bağlı QƏRAR

Rüşvət alan 19 vəzifəli şəxslə bağlı QƏRAR

244 minlik qızıl oğurlayan xadimə azadlığa buraxıldı

244 minlik qızıl oğurlayan xadimə azadlığa buraxıldı

Berkay Karacanın ailəsinə şəhid xəbəri belə verildi – VİDEO

Berkay Karacanın ailəsinə şəhid xəbəri belə verildi – VİDEO

Baş nazirdən hərbçilərin maaşı ilə bağlı QƏRAR

Baş nazirdən hərbçilərin maaşı ilə bağlı QƏRAR

COP30-da “Mavi Zona"ya basqın etdilər - Xəsarət alanlar var – VİDEO

COP30-da “Mavi Zona"ya basqın etdilər - Xəsarət alanlar var – VİDEO

Neftimiz 2 dollardan çox bahalaşdı

Neftimiz 2 dollardan çox bahalaşdı

End of content

No more pages to load

RADİO