Gömrük Komitəsinin neft ixracı ilə bağlı hesabatında bir-birinə uyğun gəlməyən RƏQƏMLƏR – ARAŞDIRMA 

Dövlət Gömrük Komitəsi Azərbaycanın 2023-cü ilin yanvar-may aylarında həyata keçirdiyi xarici ticarət əməliyyatları ilə bağlı rüblük hesabatı açıqlayıb.

Hesabatda göstərilir ki, bu ilin 5 ayı ərzində Azərbaycandan 18 ölkəyə ümumilikdə 11 milyon 752 min 575.69 ton həcmində və 7 milyard 220 milyon 253.42 min dollar dəyərində xam neft ixrac edib. 

Ötən ilin eyni dövründə isə bu ixracın ümumi həcmi 11 milyon 383 min 684.99 ton, dəyəri isə 8 milyard 058 milyon 720.31 min dollar səviyyəsində olub.

Burdan da aydın olur ki, bir il ərzində ixracın həcmində 368 min 890,7 ton və ya 3,14 artım, dəyərində isə 838 milyon 466,89 min dollar və ya 10,41 faiz azalma baş verib. 

Hesabatla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban, DGK-nin ötən ilin noyabr ayından etibarən enerji məhsullarının ixracı ilə bağlı yaydığı məlumatların gerdikcə reallıqdan uzaqlaşdığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük xətti ilə büdcə daxilolmaları 4,14 faiz AZALIB 


“Yəni, ixrac olunan mal və məhsullarla gömrük keçid-məntəqəsində bəyan edilmiş həcmlər arasında rəqəmlər daha da böyüyür. Belə ki, ötən ilin yekunu olaraq, Azərbaycanın ixrac etdiyi qaz həcmləri ilə gömrükdə bəyan edilmiş qaz həcmləri arasında 3 milyard kubmetr fərq olub.

Sonra isə bu fərq cari ilin üstünə gəlinir və ötən illə müqayisədə qazın satış qiymətinin 3 dəfə azalmasına baxmayaraq, DGK-nin məlumatlarında artım kimi qeyd edilir. 

Elektrik enerjisinin ixracında da eyni hal baş verir. Belə ki, Energetika Nazirliyinin 2022-ci il üçün açıqladığı rəsmi məlumata görə, Azərbaycandan xaricə 3 milyard kilovat/saatdan bir qədər çox elektrik enerjisi ixrac olunub. DGK isəə bunun cəmi 1.7 milyard kilovat-saatını bəyan edib.

Yerdə qalan 1,3 milyard kilovat-saat isə cari ilin üstünə gəlinib və ilk 4 aylıq hesabatda fantastik göstəricilər ortaya çıxıb”.

Yuxarıda qeyd olunan hesabatda, xam neftinin ixracının artması ilə bağlı məlumata toxunan müsahibimiz bildirib ki, Dövlət Statistika Komitəsi bu ilin 5 ayı ərzində neft hasilatının təxminən 9 faiz azaldığını açıqlayıb:

“Böyük neft şirkətləri də ölkəmizdə son 3 ildə neft həcmlərinin böyük templə azaldığını qeyd edirlər. Ancaq DGK neft ixracının artığını göstərir. Əgər hasilat azalıbsa, ixrac necə arta bilər?

Hazırkı hesabatda 11,75 milyon ton ixracın olduğu qeyd edilib. Energetika Nazirliyinin aylıq hesabatında isə göstərilir ki, ixrac 10,6 milyon tondur. 

Burdan da görünür ki, 1,50 milyon ton ötən ildən qalıb və bu ilin üstünə gəliblər ki, bu da 8 milyon bareldən çox edir. Ötən ilki qiymət isə daha yükək idi. Düzgün hesablama aparıldıqda isə, bu ilin göstəricilərindəki fantastik rəqəmlər ortaya çıxır”. 
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Sorğumuza cavab veriləcəyi təqdirdə, Komitənin də mövqeyini işıqlandırmağa hazırıq.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

End of content

No more pages to load

RADİO