Ukrayna Dünya Bankından 63 milyon avro alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, bu vəsait dövlət büdcəsinin xərclərinin qismən ödənilməsinə, xüsusilə də 2023-cü ilin fevral-mart aylarının müəllim və dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının ödənilməsinə yönəldiləcək.
Kreditin ödənilməsi üçün isə Ukraynaya 10 il və 4 illik güzəşt müddəti verildiyi qeyd edilib.
Bizim.Media