2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər QƏBUL EDİLDİ  

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. 

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır.

Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin güləndirilməsi üçün əlavə 1105,0 milyon manat vəsait tələb olunur.

Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3000,0 milyon manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2260,0 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb. 

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30774,0 milyon manata qarşı 3005,0 milyon manat və ya 9,8 faiz artırılaraq 33779,5 milyon manat təşkil edəcək.

Dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36568,8 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2579,3 milyon manata qarşı 210,0 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat olacaq. 

2023-cü il dövlət büdcəsinin kəsiri 210,0 milyon manat artırılaraq 2789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq. 

Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30 faiz çoxdur.

İcmal büdcənin xərcləri isə 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz çoxdur. İcmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirlər hesabına 1735,3 milyon manat profisit yaranacaq. 
Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

End of content

No more pages to load

RADİO