Bu ilin yanvar-may aylarında 6 min 945 kommersiya qurumu dövlət qeydiyyatından keçib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, onlardan 88,3 faizi yerli, 11,7 faizi xarici investisiyalı qurumlardır.
Qeydiyyatdan keçən kommersiya qurumlarının 82,6 faizi elektron qaydada qeydə alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,3 faiz təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 928 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
Bizim.Media