“Naxçıvan MR-nın büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin yerli büdcədən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında səsləndirib.
“Muxtar respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və yaxud 6,2 % azaldılır. Bunlar nəzərə alınmaqla, Naxçıvanın büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və yaxud 1,6 % manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcək”, - deyə nazir əlavə edib.
Murad Əhmədov, Bizim.Media