Pul nişanlarının dəyişdirilməsində YENİ QAYDA 

Pul nişanları yeni qaydada dəyişdiriləcək. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Hazırda saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.

Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. 

Layihəyə görə, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək.

Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək.

Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək.
Təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanı dəyişdirilməyəcək və onun nominal dəyəri ödənilməyəcək.

Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndəriləcək. 

Xarici valyutada olan pul nişanları Mərkəzi Bank tərəfindən dəyişdirilməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış saxta açıqlama YAYILIB

Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış saxta açıqlama YAYILIB

Mənzil bazarında qiymətlər niyə artıb? - VİDEO

Mənzil bazarında qiymətlər niyə artıb? - VİDEO

Bayram salatlarında mayonezi nə ilə əvəz edək - Mütəxəssis TÖVSİYƏSİ

Bayram salatlarında mayonezi nə ilə əvəz edək - Mütəxəssis TÖVSİYƏSİ

End of content

No more pages to load

RADİO