Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyaya səfər edib.
Bu barədə Bizim.Media-ya nazirlikdən bildirilib.
Nazir bu gün Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasına qatılacaq.
İclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bizim.Media