Avropanın Azərbaycan qazına BÖYÜK MARAĞI – “İxracımız 2 dəfəyə yaxın artacaq”

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Təqvim yazı artıq başa çatmaq üzrədir. Ümumən hava durumu baxımından qənaətbəxş keçdi. Əvvəla, daha erkən yazla üzləşdik. Və daha tez də isitmə dövrü ilə vidalaşdıq. Nəticədə enerjiyə xeyli qənaət edə bildik.

Qlobal bazarlar. Bu isə təbii ki, özünü qiymətlərdə əks etdirir. Avropada qaz qiymətləri son iki ildə ilk dəfə olaraq min kubmetr üçün 300 dollardan aşağı həddə ticarət edilməyə başladı.

Həftənin əvvəlində 322 dollara satılan qaz həftə sonu 275 dollara qədər ucuzlaşdı. 

Məncə bu hadisə özü göstərdi ki, Rusiya və kollektiv Qərb arasında enerji üzərində, daha doğrusu onun hazırda ən təmiz növü hesab edilən mavi yanacaq uğrinda mübarizəsində kim qalibdir. 

Yəni SSRİ-nin hüquqi varisi olan Rusiya hələ ötən əsrin 70-ci illərindən Avropa üçün böyründə yerləşən “enerji xəzinəsi” rolunu oynadığından Kremldə belə bir fikrə aludəçilik yaranmışdı ki, onların nefti və qazı olmadan Qərb batar. Məhz bunun nəticəsi idi ki, postsovet dövründə Rusiyanın yürütdüyü enerji siyasəti bu xəzinəni birbaşa Avropanın əsas istehlak bazarlarına bağlamağa yönəlmişdi, özü də hər şey edilirdi ki, ortada başqa oyunçular olmasın, sövdələşmə birbaşa aparılsın. Yəni Qərbi məhz özlərinin “neft-qaz iynəsi”nə  öyrəşdirməyə çalışırdılar.   

Ukraynada yeni müharibəyə start verməzdən hələ xeyli öncə Rusiya Avropaya axan qazını öz maraqları çərçivəsində azaltmaqla mavi yanacağın qiymətini 2 min dollara qədər yüksəldə bilmişdi. Və fikri-zikri də bu idi ki, əgər Ukrayna məsələsində Qərb özünü irəli atarsa, onda enerjisiz həyatla üzləşməli olacaq. 
Vahiməli ssenari demək olmaz ki, baş tutmadı. Tam olmasa da, müəyyən hissəsi oldu. Özü də bir müddət. İndi görürük ki, neft də 75 dollar ətrafında xeyli müddətdir stabilləşib, qaz da 2021-ci ilin yazındakı qiymətlər səviyyəsinə qayıdıb.         

Niyəsi isə ondan ibarətdir ki, Avropada qazın ilin əvvəlindən davamlı olaraq qiymətinin aşağı düşməsinə bir sıra amillər səbəb olub. Birincisi, təbiətə bağlıdır. Yəni mülayim qış. İkincisi, Avropanın yeraltı qaz anbarlarında artıq ehtiyat göstəricilər 66,5%-ə çatıb.  

Üçüncüsü, Avropa son ildə enerjidən kifayət qədər qənaətlə istifadə edə bildi. Bu həm insanların enerji istehlakında, həm də sənayenin daha qənaətcil texnologiyalara keçidində özünü göstərməyə başladı. 

Avropanın Rusiya qazından qurtulmaq imkanları. Avropa Komissiyası isə hesab edir ki, qənaətcil rejimdə fəaliyyət nəticəsində bu il qaz istehlakı son 5 ilin orta göstəricisi ilə müqayisədə 60 milyard kubmetr azala bilər. Rəsmi Brüsselin proqnozlarına əsasən, azalmanın həcmi 2023-cü ildə Rusiyadan Avropa İttifaqına gözlənilən qaz idxal həcmlərini üstələmək imkanında olacaq.
Qərbin dediklərində isə həqiqət var. Çünki statistikaya diqqət yetirdikdə görürük ki, son il yarım ərzində “Gazprom”un Aİ ölkələrinə tədarükü 5,4 dəfədən çox azalıb. Əgər 2021-ci ilin IV rübündə Rusiya Aİ-na gündəlik 366 milyon kubmetr qaz ixrac edirdisə, 2023-cü ilin I rübündə bu rəqəm 67 milyon kubmetrə qədər azalıb. “Gazprom”un Aİ-nın qaz idxalı strukturunda payı 2021-ci ilin 37%-dən 2023-cü ilin birinci rübündə 8,1%-dək azalıb. Demək, rəsmi Brüsselin dedikləri nağıl deyil, Avropa İttifaqının 2025-ci ildən Rusiya qazından imtina etmək istəyi daha tez reallaşa bilər. 

Azərbaycanın yeni qaz yatağı. Azərbaycan Prezidenti İlham Əliyev isə həftənin ilk iş günü Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda çıxış edərkən bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində qaz hasilatının başlanmasını anons edib. 

Düzdür, Azərbaycan prezidenti yatağın adını çəkməyib, amma bazar iştirakçıları bilirlər ki, söhbət “Abşeron” yatağından gedir. O yataqdan ki, 2009-cu ilin fevralında Fransanın neft-qaz nəhəngi olan Total şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə işləmək haqqında Hasilatın Pay Bölgüsü Sazişi imzalamış və 2011-ci ilin yayında Xəzərin təsdiq edilmiş ehtiyatlarına görə ikinci qaz yatağı açılmışdı. 

Qeyd edim ki, Prezident Əliyevin Avropa İttifaqı üzvü olanolan ölkədən bəyan etdiyi “Avropaya qaz ixracımızı iki dəfəyədək artıracağıq” bəyanatına Qərbdə ciddi yanaşırlar. Çünki bilirlər ki, Əliyev dediyi hər bir sözü əməli ilə təsdiqləyən nadir dövlət başçılarından biridir.    
Qaz ixracı proqnozları. “2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir”, - deyə dövlət başçısı mayın 22-də Vilnüsdə bəyan edib.

Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr Azərbaycanda təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq.

“Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq”, - deyə dövlət başçısı bildirib.

Xatırladım ki, Azərbaycan hazırda Avropanın 4 ölkəsinə təbii qaz ixrac edir. Dövlət Gömrük Komitəsinin xarici ticarətlə bağlı daha detallı hesabatına əsasən, cari ilin I rübündə qazın bəyan edilmiş ixrac həcmi 3 milyard kubmetrdən çox olub. Qaz ixracından gələn gəlir isə $2,35 milyard dollar təşkil edib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə mayın 24-də bir daha bəyan edib ki, ilin sonunadək Azərbaycan qazının ilk həcmlərini idxal etməyə hazırlaşırlar. Siyarto qeyd edib ki, 2023-cü ildə Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz tədarük olunacaq. “Bu, Azərbaycanla bir neçə milyard kubmetr qazın tədarükü haqqında uzunmüddətli müqavilənin bağlanması istiqamətində ilk addımdır”, - deyə o əlavə edib.

Azərbaycan-Səudiyyə enerji əməkdaşlığı. Budapeştdə bu bəyanat verilərkən Ər-Riyadda Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı arasında enerji əməkdaşlığına dair sənəd imzalanırdı.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudin imzaladıqları  sənəddə neft, neft-kimya, təbii qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, həmçinin karbonun tutulması, təkrar istifadəsi, ötürülməsi, saxlanması, rəqəmsal transformasiya və innovasiyaların təşviqi istiqamətlərində əməkdaşlığı əhatə edir. 

Maraqlı bir fakt da odur ki, Səudiyyə Ərəbistanına səfəri çərçivəsində nazir Şahbazovla görüşən “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan Səudiyyə şirkətinin hazırda inşa etdiyi 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasının 2025-ci ildə istismara verilməsini açıqlayıb. 

Şahbazov isə öz növbəsində “ACWA Power” şirkətini Naxçıvanda “yaşıl enerji” layihələrində iştiraka dəvət edib. Yəqin bir çoxları bilmir ki, Naxçıvanda hazırda Azərbaycanda ən böyük gücə malik günəş elektrik stansiyası fəaliyyət göstərir. Onun gücü 37 MVt-dır.

Günəşin artan enerjisi. Günəş enerjisini isə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol  “The Financial Times” qəzetinə müsahibəsində "qlobal enerji sərmayəsinin ulduzu" adlandırıb. Birolun belə bir ifadə işlətməsi isə əbəs deyil, faktlara əsaslanır. Onun sözlərinə görə bu il dünyada günəş enerjisinə sərmayə ilk dəfə neft hasilatına qoyulan kapitalı üstələyə bilər.
2023-cü ildə bu sahəyə investisiyaların 382 milyard dollara, neft hasilatına investisiyaların isə 371 milyard dollara çatacağı proqnoz edilir. Birol bildirib ki, 10 il əvvəl vəziyyət tam fərqli idi: 2013-cü ildə neft hasilatı və günəş enerjisi üçün xərclər müvafiq olaraq 636 milyard dollar və 127 milyard dollar təşkil etmişdi.

İşğaldan azad olmuş ərazilərin enerjisi. Günəş enerjisi haqda qlobal bazarda yaşananlara elə belə toxunmadım. Fikrimcə, bu enerji növünün ölkəmizdə populyarlaşması onun məişətə ayaq açmasından başlayacaq.

Çünki innovativ texnologiyalara əsaslanan enerjidir. İnnovativ texnologiyalara əsaslanan enerjidir. İnnovativ olan hər şey isə bazarda yenilik deməkdir. Bazara çıxarılan yeni mal və xidmətlər isə hər zaman, hər yerdə əlçatan olmur. Bir şey ki, əlçatan olmadı, onun haqda doğru dürüst məsələləri də istehlakçılara çatdırmaq asan olmur. 
Ona görə də bu həftə işğaldan azad edilmiş Laçın şəhərinin yenidənqurulması, abadlaşdırılması ilə bağlı görüntüləri izləyərkən diqqətimi çəkən evlərin hamısı olmasa da, bir xeylisinin damında günəş panellərinin quraşdırılması oldu. Belə evlər Günəşə boylanan Laçının təkcə mənzərəsini dəyişmir axı, həm də orada məskən salacaq insanlarımızın gələcəyə yeni bir enerji ilə baxışlarını formalaşdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda nə qədər vergi ödəyicisi var?

Azərbaycanda nə qədər vergi ödəyicisi var?

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 dəfəyə yaxın artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 dəfəyə yaxın artıb

Səftər İsmayılov işdən çıxarıldı

Səftər İsmayılov işdən çıxarıldı

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşdı

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşdı

Açılış mərasimi baş tutan “Urban Expo” sərgisindən FOTOLAR

Açılış mərasimi baş tutan “Urban Expo” sərgisindən FOTOLAR

Haluk Levent: Qarabağda konsert vermək istəyirəm

Haluk Levent: Qarabağda konsert vermək istəyirəm

Kreml: Nüvə silahı Rusiyanın təhlükəsizliyinin “təməl daşıdır”

Kreml: Nüvə silahı Rusiyanın təhlükəsizliyinin “təməl daşıdır”

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq - FOTO

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq - FOTO

ABŞ-ın dövlət borcu 450 milyard dollar artdı

ABŞ-ın dövlət borcu 450 milyard dollar artdı

Çarles Boli “Neftçi”nin transfer HƏDƏFİNDƏ

Çarles Boli “Neftçi”nin transfer HƏDƏFİNDƏ

BMT-dən nüvə XƏBƏRDARLIĞI – “Təhlükə heç vaxt olmadığı qədər böyükdür”

BMT-dən nüvə XƏBƏRDARLIĞI – “Təhlükə heç vaxt olmadığı qədər böyükdür”

WUF13: "Urban Expo" sərgisi rəsmən fəaliyyətə başladı - FOTO/VİDEO

WUF13: "Urban Expo" sərgisi rəsmən fəaliyyətə başladı - FOTO/VİDEO

Türkiyəli müğənni WUF13-də konsert proqramı ilə çıxış etdi - FOTO/VİDEO

Türkiyəli müğənni WUF13-də konsert proqramı ilə çıxış etdi - FOTO/VİDEO

BMT rəsmisi: “Mənzillər ucuz, hamı üçün əlçatan olmalıdır”

BMT rəsmisi: “Mənzillər ucuz, hamı üçün əlçatan olmalıdır”

Andrey Yermak azadlığa BURAXILDI

Andrey Yermak azadlığa BURAXILDI

“Maşın” şou yenidən başlayır – FOTO

“Maşın” şou yenidən başlayır – FOTO

Onlara birdəfəlik müavinət verildi

Onlara birdəfəlik müavinət verildi

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi - FOTO

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi - FOTO

“Bakı qlobal şəhərsalma ictimaiyyətinin görüş məkanına çevriləcək” - VİDEO

“Bakı qlobal şəhərsalma ictimaiyyətinin görüş məkanına çevriləcək” - VİDEO

“Bakıda böyüyən biri kimi mayda bu qədər yağış görməmişəm” - VİDEO

“Bakıda böyüyən biri kimi mayda bu qədər yağış görməmişəm” - VİDEO

BMT rəsmisi: Dünyada 3 milyard insan qeyri-adekvat şəraitdə yaşayır – VİDEO

BMT rəsmisi: Dünyada 3 milyard insan qeyri-adekvat şəraitdə yaşayır – VİDEO

Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar- “Su qiymətinə”

Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar- “Su qiymətinə”

WUF13-ün ikinci günü belə başladı – FOTOREPORTAJ

WUF13-ün ikinci günü belə başladı – FOTOREPORTAJ

Komitə sədri: İşğaldan azad edilən ərazilərdə yenidənqurma layihələri nümayiş etdiriləcək

Komitə sədri: İşğaldan azad edilən ərazilərdə yenidənqurma layihələri nümayiş etdiriləcək

End of content

No more pages to load

RADİO