ABŞ-ın Ermənistanda nüvə reaktorları tikmək PLANI – Ağ Evin məqsədi nədir?

ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi, Ermənistanda kiçik modul tipli nüvə reaktorları tikməyi düşündüklərini bəyan edib. 

ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində çıxış edən M.Lonqi, bununla, Ermənistanın Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışdıqlarını diqqətə çatdırıb.

“Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk”, - deyə xanım Lonqi qeyd edib.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan əməkdar elm xadimi, AMEA-nın müxbir və həqiqi üzvü və kimya elmləri doktoru, professor Adil Qəribov, kiçik modullu nüvə reaktorunun son illərdə atom energetikasının sənayedə və enerji sahəsində tətbiq olunan ən proqressiv sahəsi olduğunu bildirdi.

Bu reaktorların kiçik, yəni 440-440 meqavatdan az gücə malikdir olduqlarını söyləyən söyləyən müsahibimizin sözlərinə görə, bunlarda yaxın gələcəkdə kiçik sənaye sahələrinin və yaşayış məntəqələrinin enerji təminatında istifadə ediləcək: 

“Digər tərəfdən də onların əsasında yüksək temperaturlu reaktorlar tikilə biləcək ki, bunlardan iri sənayeni istiliklə təmin etmək üçün istifadə olunacaq. Qafan vilayəti metallurgiya və polimetal ehtiyatları ilə zəngindir. Həmin ehtiyatları çıxarmaq üçün təbii qazdan istifadə olunur.

Ermənilər isə bundan yetərincə yararlana bilmirlər və problemin həllinə çalışırlar. Amerika isə görünür, bu vəziyyətdən istifadə etməklə, həm metallurgiya sənayesini, həm də enerji təminatını inkişaf etdirmək niyyətinə düşüb. Buna görə də Ermənistanda kiçik modullu nüvə reaktorunun qurulmasına çalışılır”. 

Professorun sözlərinə görə, kiçik modullu nüvə reaktorlarından nüvə silahı üçün xammal ehtiyatının yaradılmasında istifadə oluna bilməz:

“Müasir dövr üçün bu reaktorlar texnologiyasının IV tip reaktorları kimi olması və bunlarda təhlükəsizlik parametrlərinin yaradılması nəzərdə tutulub. Bunlarda passiv müdafiə sistemləri var və aşağı zənginləşmiş yanacaqlardan istifadə olunur. Seysmik bölgə üçün dayanaqlıdır və bunlar üçün hazırlanan xüsusi materiallar 9-10 ballıq zəlzələyə davam gətirir”. 

Bu reaktorun qurulması ilə bağlı ermənilərin ikiüzlü siyasət yeritdiyini söyləyən professor bildirdi ki, bir müddət əvvəl Rusiya ilə 1060 meqavat gücündə yeni korpusun tikilməsi ilə bağlı razılaşma əldə etdilər:

“Artıq layihələşdirməsini də başa çatdırıblar. Hazırda layihənin maliyyələməsi məsələsi müzakirə olunur. Rusiya isə Türkiyə variantına üstünlük vermək istəyir. Bəllidir ki, Türkiyədəki nüvə reaktorunu Rusiya öz maliyyəsi əsasında inşa edir və buna görə də öz mükiyyətinə daxil edəcək.

Türkiyə ilə birlikdə 10 il müddətinə, yəni reaktorun tikintisinə sərf olunan vəsait geri qayıdana qədər enerji satacaqlar. Bundan sonra isə aralarında yeni müqavilə bağlanacaq.

Ermənilər isə həmişə olduğu kimi, bu dəfə də “timsah göz yaşı” tökərək, beynəlxalq satış qiymətinin onlara sərf etmədiyini, buna görə də daxili satış qiyməti ilə satılmasını və öz ölkələrinin də gəlirə şərik olmalarını istəyirlər.

Bununla belə, Moskvaya rəğmən Amerikadan da kömək isəyirlərsə, deməli, bu, onların ikiüzlülüyündən və vahid istiqamətdə fəaliyyət göstərmək istəməmələrindən irəli gəlir”. 

Onun fikrincə, əgər ABŞ hakimiyyəti Ermənistanda nüvə reaktoru tikməkdə israrlıdırsa, deməli, bunu Rusiyanın acığına edir:

“Düşünürəm ki, bu, siyasi addımdır. Əsl məqsədləri isə başqadır. Bir tərəfdən  Ermənistanı Rusiyadan uzaqlaşdıraraq özündən asılı vəziyyətə salmaq, digər tərəfdən isə elektrik enerjisi sahəsində güclü dövlətə çevrilməsini istəyir. Əgər 3 dənə enerji blokları olsa, ermənilər enerji ilə tam təmin olunacaqlar”.

Hazırda Ermənistanın enerji təminatı sarıdan problem yaşamadığını deyən A.Qəribov qeyd etdi ki, bu gün İran onlara “böyük qardaşlıq” edir:

“İran onlara ildə 7-8 milyard kubmetr qaz verir. Bunun hesabına da istiliklə təmin olunurlar”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

End of content

No more pages to load

RADİO