Azərbaycanda “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nı qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. 

Qeyd edilib ki, müasir dünyada rəqəmsallaşma istiqamətində baş verən yeniliklər fonunda ölkəmizin maliyyə bazarlarında həyata keçirilən intensiv rəqəmsallaşma tədbirləri məsafədən təqdim edilən maliyyə xidmətlərinin çeşidinin və əlçatanlığının artırılması ilə yanaşı maliyyə institutlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə müvafiq risklər formalaşdırmaqdadır.

Bu baxımdan ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə maliyyə bazarlarında kiber dayanıqlığın yüksəldilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kiber təhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və digər bu istiqamətdə məsələlər AMB-nin daim diqqət mərkəzindədir. 
Məlum olduğu kimi yerli banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri özündə ehtiva edən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” ötən il aprelin 1-dən qüvvəyə minib. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Dünya Bankı Qrupunun üzvü - Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə 2023-2026-cı illər üzrə “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” hazırlanaraq təsdiqlənib. Sənədin məqsədi maliyyə sabitliyinin təmin edilməsi məqsədilə artan kibertəhdidlər fonunda ölkənin maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsidir. 

Odur ki, Strategiya özündə 5 strateji prioritet üzrə fəaliyyəti əhatə edərək maliyyə bazarlarında dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını hədəfləyib: 

- Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi; 

- Maliyyə bazarlarında kiber risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi; 

- Maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə informasiya texnologiyalarının idarəetmə çərçivəsinin formalaşdırılması; 

- Maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsi; 

- Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması. 

AMB maliyyə sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də kiber dayanıqlığın gücləndirilməsi istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsini planlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

End of content

No more pages to load

RADİO