Azərbaycan 8 müasir “Boeing 787 Dreamliner” təyyarələri alır - FOTO

AZAL və “Boeing” 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. Aviaşirkətin uzun məsafəli donanmasının genişləndirilməsini təmin etmək məqsədilə razılaşmaya əsasən təyyarələrin beşinin 2030-cu ilə qədər, yerdə qalan üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur. 

Bizim.Media xəbər verir ki, yüksək səmərəli hava gəmiləri aviaşirkətə marşrut şəbəkəsini və ölkəyə turist cəlb etmək imkanlarını genişləndirməyə şərait yaradacaq. 

“Ölkənin mülki aviasiyasının uğurlu inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin davamlı dəstəyi və diqqəti sayəsində mümkün olub.

Müasir geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələrinin əldə olunması üçün “Boeing” şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi və aviadaşımaların səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır” – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib. 

Çevikliyi, uzaq məsafəli uçuşları və yanacağa qənaəti sayəsində “Boeing 787 Dreamliner” təyyarələri aviaşirkətlərə 350-dən çox yeni birbaşa marşrutlar açmağa imkan verib. Yeni “Dreamliner” təyyarələri “Azərbaycan Hava Yolları”na Avropa, Asiya və digər regionlarda öz şəbəkəsini genişləndirməyə imkan verəcək. 

""Boeing 787" təyyarəsi sayəsində “Azərbaycan Hava Yolları” Mərkəzi Asiyanın aviaşirkətləri sırasında liderliyini möhkəmləndirib.

Laynerin çevikliyi və imkanları Azərbaycanda turizm və iqtisadi artım üçün yeni perspektivlər açır. AZAL ilə uğurlu əməkdaşlığımız 20 ildən artıqdır ki, davam edir və əlavə “Dreamliner” təyyarəsinin yeni sifarişi məhsullarımızın əhəmiyyətini və iki şirkət arasındakı münasibətlərin dərinliyini vurğulayır” – deyə “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil bildirib. 

“Azərbaycan Hava Yolları” aviaşirkəti Mərkəzi Asiyanın ən iri aviadaşıyıcılarından biridir və öz donanmasında “Boeing” 757, 767 və 787 təyyarələri də daxil olmaqla müxtəlif model hava gəmilərindən istifadə edir. 
Dünyanın aparıcı aerokosmik şirkəti olan “Boeing” 150-dən çox ölkədə müştəriləri üçün mülki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı və texniki xidməti üçün xidmətlər və sistemlər hazırlayır, istehsal və təmin edir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

End of content

No more pages to load

RADİO