Avropa üçün ETİBARLI TƏRƏFDAŞ – Azərbaycanın köhnə qitədə artan NÜFUZU

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanda rəsmi səfərdə olub. Səfər çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və  SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. 

Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Layihə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın mövcud qaz nəqli infrastrukturundan istifadə etməklə Azərbaycandan əlavə həcmdə təbii qazın ötürülməsinə imkan verəcək. 

Azərbaycan Prezidentinin Bolqarıstan səfəri və burada imzalanan memorandum göstərir ki, Azərbaycanın Avropanın enerji təminatında rolu və əhəmiyyəti artır. Bu da Azərbaycanın nüfuzunun artdığının göstəricisidir. 

Bizim.Media-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban bildirib ki, Azərbaycan Prezidentinin Bolqarıstana səfəri və burada imzalanan sənədlər nəticəsində Bakı ilə Avropa arasında qaz əməkdaşlığının on illiklər boyu uzanacaq möhkəm təməlinin əsası qoyuldu:

“Azərbaycan Avropaya qaz satışı ilə bağlı ilk addımı 2013-cü ildə atıb. Ondan sonra Azərbaycan atdığı addımlar bu bazarda öz mövqeyinin addım-addım genişlənməsinə xidmət edib. Dünən Sofiyada təşkil edilən imzalanma mərasimi də onlardan biri olmaqla yanaşı, mühüm əhəmiyyətlidir. Sofiya Bəyannaməsilə Bakının Avropa bazarına çıxaracağı əlavə qaz həcmlərinin hansı istiqamətdə gedəcəyi artıq məlum oldu. 

İndiyə kimi, Azərbaycan bir sıra ölkələrlə qazın alqı-satqısı ilə bağlı ikitərəfli anlaşma sazişləri imzalayıb. Ancaq məhz Sofiyada bilindi ki, əlavə qaz həcmlərimizin əsas hissəsi Şərqi və Mərkəzi Avropa istiqamətinə yönələcək. Bu ölkələr Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və bir sıra Balkan ölkəsi ola bilər. Azərbaycanın Avropa bazarına çıxardığı qazın 90 faizi Avropanın məhz cənub ölkələrinə yönəlmişdisə, “köhnə qitəyə” ikinci gəlişimizlə onun istiqaməti dəyişir. 

Bu da Azərbaycanın qaz ixracı məsələsində çoxvektorluq, çoxşaxəlilik və Bakı ilə Brüsselin müxtəlif mənbələrdən enerji daşıyıcılarının bazara daxil olması, enerjinin diversifikasiyası yönündə atılan addımlara xidmət edir. 
Qərblə Azərbaycanın strateji maraqları üst-üstə düşür. Əminəm ki, bu yöndə Azərbaycanla Avropa arasında qaz əməkdaşlığının onilliklər boyu uzanacaq möhkəm təməlinin əsası qoyulur”.

Eyni zamanda, Avropa ölkələri tərəfindən Azərbaycanın mühüm tərəfdaş kimi görülməsini də xüsusi qeyd etməliyik. Bunu görmək üçün Avropa rəsmilərinin açıqlamalarına baxmaq kifayətdir.

Belə ki, həm Bolqarıstan Prezidenti Rumen Radev, həm də Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson öz çıxışlarında Azərbaycanı etibarlı tərəfdaş adlandırdılar. 

Bütün bunlar Azərbaycan-Avropa tərəfdaşlığının uğurlu perspektivindən xəbər verir.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

End of content

No more pages to load

RADİO