Vüqar Rəhimzadə: “SOCAR-ın Bolqarıstanda ofisinin açılması tarixi bir hadisədir”

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstanda ofisinin açılması tarixi bir hadisədir. 

Bizim.Media xəbər verir ki, bunu report-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib. 

O, bu hadisəni yüksək qiymətləndirərək bildirib ki, bu gün SOCAR Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edən çox böyük bir qurumdur:

“Bu gün SOCAR müasir şəkildə qurularaq dünyanın iqtisadi siyasətini özündə əks etdirən uğurlu layihələrin müəllifidir. SOCAR və Bolqarıstanın, Rumıniyanın, Macarıstanın, Slovakiyanın ötürücü sistem operatorları arasında imzalanan Anlaşma Memorandumu eyni zamanda siyasi proseslərdə kifayət qədər müsbət çalarlarla, zənginlik baxımından yadda qalır və iqtisadiyyatın güclənməsi ilə yanaşı, siyasi əlaqələrin daha da dərinləşməsinə müsbət, kifayət qədər uğurlu təsir göstərən bir işdir”. 

V. Rəhimzadə bildirib ki, bu gün Dövlət Neft Şirkətinin bir çox ölkələrdə, istər region ölkələrində, istərsə də dost, yaxın qonşu ölkələrdə və eyni zamanda Avropanın bir çox ölkələrində belə ofislərin açılması, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir:

“Eyni zamanda, SOCAR-ın Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətə adekvat cavab verərək, düzgün şəkildə qurulması və şirkətin beynəlxalq səviyyədə artan nüfuzunu təsdiqləyən ən böyük faktlardan biridir. Düşünürəm ki, bu, Azərbaycan üçün həm iqtisadi dividendlərin gətirilməsinə müsbət təsir göstərəcək, həmçinin qarşılıqlı əməkdaşlıq şəklində qurulan iqtisadi, siyasi proseslərdə öz töhfəsini verəcək”. 

O qeyd edib ki, Prezident İlham Əliyevin bütün xarici səfərləri kifayət qədər zəngin proqrama malik bir səfərlər olur:

“Burada təkcə siyasi məsələlər deyil, eyni zamanda, çox böyük regional və beynəlxalq iqtisadi layihələrin reallaşmasında kifayət qədər önəmli, fundamental sənədlərin imzalanması ilə yadda qalan səfərlər olur. Bu baxımdan bu gün Prezidentin Bolqarıstana səfəri, xüsusilə bu sahədə kifayət qədər iqtisadi tərəfləri ilə və təbii ki, sosial və siyasi məsələlərin müzakirəsi ilə bağlı yadda qalan səfərlərdən biridir. Ən başlıcası, Azərbaycan ümumiyyətlə təkcə Balkan regionuna, Avropaya deyil, dünyanın bir çox ölkələrinə enerji resurslarının tranzitində müstəsna rola malik olan ölkələrdən biridir. Bir çox məqamlarda öncül yerlərdən birini, ilk yeri tutur”. 

Ekspert vurğulayıb ki, müxtəlif ölkələrə, Rumıniya, Serbiya, Albaniya və digər ölkələrə 2022-ci ildə baş tutan səfərlər çərçivəsində və 2023-cü ildə bu baxımdan Bosniya və Herseqovinaya səfəri də kifayət qədər yadda qalan səfərlərdən olub:

“Burada siyasi məsələlərlə yanaşı, eyni zamanda, iqtisadi məsələlərin də müstəsna əhəmiyyət kəsb etdiyi, iqtisadi layihələrin də reallaşmasında müstəsna əhəmiyyət kəsb etdiyi gündəmdə olan vacib məsələlərdən biri kimi yadda qalıb. Prezident Bolqarıstanda rəsmi görüşlərini davam etdirib və bu, Bolqarıstan- Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb edən bir səfərdir. 
SOCAR və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması kifayət qədər vacib hadisələrdən biridir. Bunu ümumiyyətlə beynəlxalq hadisələrdən biri hesab etmək olar. SOCAR-ın Bolqarıstanda ofisinin açılışı həm Avropa, Balkan ölkələrində onun fəaliyyət sferasının genişlənməsi və eyni zamanda Azərbaycanın neft-qaz məhsullarının bu ölkələrə tranziti üçün kifayət qədər mühümdür”. 

O qeyd edib ki, eyni zamanda, bu səfəri təkcə iqtisadi layihə kimi qiymətləndirmək olmaz:

“Bu, eyni zamanda həm də böyük bir siyasi dividenddir və bu baxımdan Azərbaycanın Balkan və Avropa ölkələri arasında mövcud münasibətlərin daha yüksək zirvələri fəth etməsi üçün imkan yaradır. Bu, birmənalı şəkildə bir faktdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

End of content

No more pages to load

RADİO