Səbuhi Abbasovdan Vyanada ermənilərə SƏRT CAVAB: "Yalnız Qarabağ İqtisadi Zonası var” 

18-20 aprel 2023-cü il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində "ATƏT İnsan Alverinə Qarşı Alyansın 23-cü Konfransı” keçirilir.  

Bizim.Media xəbər verir ki, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə iştirak edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov konfrans çərçivəsində reallaşan side eventdə iştirak edərək erməni çıxışcıya cavab verib:

"Hörmətli xanımlar və cənablar! Çıxış üçün söz verdiyiniz üçün rəhbərlik etdiyim təşkilat adından təşəkkür edirəm. Bu gün olduqca vacib və əhəmiyyətli mövzunu müzakirə edirik. Məndən öncə çıxış edən məruzəçilər insan alveri mövzusuna toxundular. İnsan alveri əslində qul alverinin müasir formasıdır.

İnsanlara alınıb-satıla bilən bir əşya kimi baxılır, onlar əsasən seks sənayesi, eləcə də kənd təsərrüfatı sahəsində tər tökməyə, qəpik-quruşa, çox vaxt isə tamamilə pulsuz məcburi işlərə cəlb edilirlər. Alver qurbanı kimi müəyyənləşdirilənlərin əksəriyyəti qadınlardır, lakin bəzən kişilər də alver qurbanına çevrilirlər.
Bundan əlavə, zərər çəkənlərin çoxu gənclərdir, bəzən isə uşaqlardır. İnsan alveri sahəsində ən ciddi problemlərdən biri də işğal altında olan ərazilərlə bağlıdır. İşğal vaxtı əsir düşən insanlar da insan alverinin qurbanlarıdırlar. Onların taleyi barədə hələ də heç bir məlumat yoxdur. Bütün dünya bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını 30 il işğalda saxlayıb. Bundan başqa Qərbi Azərbaycandan, xüsusən də, Göyçə mahalından məcburi köçkün olan insanlar arasında onlarla, yüzlərlə itkin düşlər var idi. Bu gün onların taleyi ilə bağlı da heç bir məlumat yoxdur.

Bu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükədir. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu məsələyə baxışda ikili standartlar var.

Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir. Mən çıxışımın sonunda Ermənistan nümayəndəsinin çıxışına münasibət bildirmək istəyirəm. Xatırlatmaq istərdim ki, Cənubi Qafqazda Dağlıq Qarabağ adlı heç bir inzibati ərazi yoxdur. Azərbaycan Respublikasında Qarabağ İqtisadi Zonası mövcuddur. Qarabağ Azərbaycandır.” 

Məlumat üçün qeyd edək ki, sözügedən toplantıda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.
Dünyanın ən nüfuzlu QHT və media nümayəndələrinin iştirak edəcəyi tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov da dəvət olunub. S.Abbasov 2015-ci ildən başlayaraq ATƏT və AŞPA-nın yüksək səviyyəli konfranslarında ölkəmizi təmsil edir. Səfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

End of content

No more pages to load

RADİO