İşsizlikdən sığorta fondunun investisiyaya yönəldilməsində yeni QAYDA

“İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi” Qaydası təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanmışdır və işsizlikdən sığorta fondunun sərbəst vəsaitinin (bundan sonra – sərbəst vəsait) investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “İşsizlikdən sığorta haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

2. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi prinsipləri

2.1. İnvestisiya fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.1.1. təhlükəsizlik;

2.1.2. likvidlik;

2.1.3. gəlirlilik;

2.1.4. müxtəliflik.

3. Sərbəst vəsaitin idarə olunması qaydası və yerləşdirilməsi istiqamətləri

3.1. Sərbəst vəsaitin investisiyaya yönəldilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən yaradılan İnvestisiya Şurasının tərkibinə, sədr Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra – nazir) olmaqla, Nazirliyin iki nümayəndəsi, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) İdarə Heyətinin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri daxil edilirlər. İnvestisiya Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

3.2. Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan hər bir maliyyə aləti üzrə investisiyanın müddəti, bu müddətdə gəlirlilik hədəfi, investisiyanın minimal və maksimal həcmi, risk təhlilləri, o cümlədən maliyyə və əməliyyat riskləri, kontragentlərin seçilməsi, əqdlərin bağlanması və kredit riskinə dair tələblər, habelə investisiya strategiyası ilə bağlı digər məsələlər hər il üçün İnvestisiya Şurası tərəfindən qəbul edilən investisiya siyasəti sənədində müəyyən olunur.

3.3. İnvestisiya fəaliyyəti ilə bağlı qərarların hazırlanaraq təsdiq üçün İnvestisiya Şurasına təqdim edilməsi, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinin təşkili məqsədilə Agentliyin İdarə Heyətinin qərarına əsasən Agentlikdə İnvestisiya Komitəsi yaradılır. İnvestisiya Komitəsinin fəaliyyəti İdarə Heyətinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.
3.4. Sərbəst vəsait aşağıdakı maliyyə alətlərinə investisiya edilir:

3.4.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızlarına;

3.4.2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızlarına;

3.4.3. dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara;

3.4.4. bu Qaydanın 3.4.1–3.4.3-cü yarımbəndlərində qeyd olunan qiymətli kağızlar üzrə repo və əks-repo əməliyyatlarına;

3.4.5. bu Qaydanın 4-cü hissəsinin tələblərinə cavab verən banklarda yerləşdirilən depozitlərə.

3.5. Sərbəst vəsaitin Nazirlik tərəfindən müəyyənləşdirilən investisiyaya yönəldiləcək məbləği bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyə alətlərinə milli valyutada investisiya edilir.

3.6. İnvestisiya fəaliyyətini Agentlik həyata keçirir.

3.7. Bu Qaydanın 3.4-cü bəndində göstərilənlər istisna olmaqla, sərbəst vəsait səhmlərə, törəmə maliyyə alətlərinə, o cümlədən qiymətli metal və daşlara, daşınmaz əmlakın və malların alınmasına, xarici investisiya bazarlarına və digər istiqamətlərə investisiya edilə bilməz.

3.8. Sərbəst vəsaitin investisiyaya yönəldiləcək məbləği, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Agentliyin Mərkəzi Bankdakı hesabında saxlanılır.

3.9. Sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsinin, investisiya gəlirlərinin, onun istifadə olunmamış qalığının və xərclərin uçotu Agentlikdə ayrıca aparılır. 

4.1. Bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 (on) faizindən çox olmamalıdır.

4.2. Banklara depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 (beş) faizi həcmindən çox olmamalıdır.

4.3. Banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.

4.4. Sərbəst vəsait aşağıdakı meyarlara cavab verən banklarda depozitə qoyulur:

4.4.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara;

4.4.2. Agentliyin sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara.

5. İnvestisiya gəlirlərindən istifadə edilməsi

5.1. İnvestisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə oluna bilər:

5.1.1. investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;

5.1.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məşğulluq tədbirləri ilə bağlı islahatların maliyyələşdirilməsi;5.1.3. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;

5.1.4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;

5.1.5. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.

5.2. İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

5.3. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

6. Hesabatlılıq

İnvestisiya fəaliyyəti, o cümlədən həmin fəaliyyətin nəticələri barədə Nazirlik tərəfindən ildə 2 dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kəlbəcərdə qarlı nağıl - VİDEO

Kəlbəcərdə qarlı nağıl - VİDEO

Samir Bağırov: "İllərdi anamı görmürəm"

Samir Bağırov: "İllərdi anamı görmürəm"

Bakıda minik avtomobili yol kənarındakı maneəyə çırpıldı - VİDEO

Bakıda minik avtomobili yol kənarındakı maneəyə çırpıldı - VİDEO

“ChatGPT”nin “əhval-ruhiyyəsini” özünüz təyin edə biləcəksiniz

“ChatGPT”nin “əhval-ruhiyyəsini” özünüz təyin edə biləcəksiniz

Putinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyib

Putinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyib

Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun VURULDU

Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun VURULDU

"Traktor" klubunun sahibi: “Azərbaycan xalqına qarşı hörmətsizliyə göz yummayacağam”

"Traktor" klubunun sahibi: “Azərbaycan xalqına qarşı hörmətsizliyə göz yummayacağam”

"OpenAI" şirkəti işçi axtarır: İllik maaşı 555 min dollar olacaq

"OpenAI" şirkəti işçi axtarır: İllik maaşı 555 min dollar olacaq

Şərurda qəza - 8 kəndin qazı kəsildi

Şərurda qəza - 8 kəndin qazı kəsildi

Pulu özünə çəkən 4 bürc — Hər işləri bərəkətli olur

Pulu özünə çəkən 4 bürc — Hər işləri bərəkətli olur

Moskvada Azərbaycan və Rusiya ziyalılarının görüşü keçirildi

Moskvada Azərbaycan və Rusiya ziyalılarının görüşü keçirildi

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək - FOTO

Ukrayna dronları Rusiyanın 51 xüsusi təyinatlısını məhv etdi - ANBAAN VİDEO

Ukrayna dronları Rusiyanın 51 xüsusi təyinatlısını məhv etdi - ANBAAN VİDEO

Eyni hədiyyəni arvadına və sevgilisinə ALDI - ARA QARIŞDI - VİDEO

Eyni hədiyyəni arvadına və sevgilisinə ALDI - ARA QARIŞDI - VİDEO

SON DƏQİQƏ: Ukrayna və Rusiya razılığa gəldi - BU ƏRAZİDƏ ATƏŞKƏS ELAN EDİLDİ

SON DƏQİQƏ: Ukrayna və Rusiya razılığa gəldi - BU ƏRAZİDƏ ATƏŞKƏS ELAN EDİLDİ

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi

Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi

Polis əməkdaşları qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

Polis əməkdaşları qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

Rusiya ordusu Kupyanskda mühasirəyə alınıb - Viktor Trequbov

Rusiya ordusu Kupyanskda mühasirəyə alınıb - Viktor Trequbov

Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi

Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi

AKINCI yeni sursatlarla hədəfləri BELƏ MƏHV ETDİ - VİDEO

AKINCI yeni sursatlarla hədəfləri BELƏ MƏHV ETDİ - VİDEO

Sabah yollar dumanlı olacaq - Buz bağlayacaq

Sabah yollar dumanlı olacaq - Buz bağlayacaq

Sabah bu insanlar üçün hava necə olacaq?

Sabah bu insanlar üçün hava necə olacaq?

Baykar şirkəti bunu da bacardı - Dünyada ilk dəfə - VİDEO

Baykar şirkəti bunu da bacardı - Dünyada ilk dəfə - VİDEO

End of content

No more pages to load

RADİO