Azərbaycan sənaye əhəmiyyətli partlayıcılar ixrac EDƏCƏK

Azərbaycan sənaye əhəmiyyətli partlayıcıları ixrac edəcək.

Bizim.Media xəbər verir ki, bunu “Azerblast”ın icraçı direktoru isə Rizvan Baxşıyev Mülki partlayıcı maddələr zavodunun inşası layihəsi ilə bağlı keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, “AzerBlast” MMC tərəfindən mülki partlayıcı maddələr zavodunun inşası regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Gəncə şəhərində həyata keçirilir.
Zavod ölkəmizdə sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edən ilk müəssisə olacaq.

"Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müsəsisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.

Ümumi sahəsi 5,665 kvadratmetr olan istehsal müəssisəsi 15 hektar ərazidə inşa edilməkdədir. İllik istehsal gücü 31,000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub.

Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcəkdir", - deyə o, əlavə edib.

R.Baxşıyev bildirib ki, ilkin mərhələdə ölkə üzrə cari təlabata uyğun olaraq aylıq 500 ton, illik 6,000 ton partlayıcı maddənin istehsalı planlaşdırılır. 2023-cü ildə qızıl və dəmir filizi mədənlərində süxurların partladılması üçün “AzerGold” QSC-nin mülki partlayıcı maddələrə tələbatı 1445 ton, QSC-nin digər törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin isə tələbatı 1735 ton proqnozlaşdırılıb.

Ölkə üzrə tələbatın digər hissəsi isə dağ-mədən və sənayenin başqa sahələrində fəaliyyət göstərən qurumların payına düşür.

Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib.
Həmçinin nəzərə alınmalıdır ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində əldə edilən qələbə nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağ-mədən sənayesi üzrə yaranmış potensial və həmin ərazilərdə aparılan quruculuq işləri ildən-ilə sənaye partlayıcı maddələrinə olan təlabatın artmasına səbəb olacaq.

Qeyd edə bilərəm ki, araşdırmalarımıza əsasən, təkcə 2024-cü ildə sözügedən bölgələrimiz üçün 10-15 min ton həcmində illik tələbat həcmi proqnozlaşdırılır", - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO