AQTA alma ixrac edən sahibkarlara müraciət etdi

Azərbaycandan Rusiyaya ixrac olunan alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkələrdən quş idxalına qadağa qoyuldu


Məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb, eləcə də Agentliyin əməkdaşları tərəfindən təsərrüfatlarda monitorinqlər keçirilib.

Həyata keçirilən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən və hazırda soyuducu anbarlarda məhsulu olan 37 alma istehsalı müəssisəsi haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiyanın müvafiq qurumuna təqdim olunub.

Aparılan danışıqlar nəticəsində 37 alma istehsalı müəssisəsinə Rusiyaya ixrac üçün icazə verilib. Hazırda həmin müəssisələrin məhsul ixracında heç bir məhdudiyyət mövcud deyil və bu təsərrüfat sahibləri məhsullarının ixracını sərbəst şəkildə həyata keçirə bilirlər.

 

Qeyd edək ki, ixracına icazə verilmiş 37 alma istehsalı müəssisəsinin 2021-ci ildə ixrac proqnozu 88 232 tondur ki, bu da 2020-ci ildə 67 alma istehsalı müəssisəsinin Rusiyaya ixrac etdiyi 66 924 ton alma məhsulunun 131.8 %-ni təşkil edir.


Agentlik alma istehsalı və ixracı ilə məşğul olan sahibkarların nəzərinə çatdırır ki, hazırda soyuducu anbarlarda alma məhsulu olan sahibkarlar ixrac icazəsi almaq üçün təsərrüfatlarına dair məlumatların Rusiyanın müvafiq qurumuna təqdim olunması məqsədilə Agentliyə müraciət etsinlər.

Sahibkarlar bu barədə məlumatları təqdim etmək üçün Agentliyin 1003-Çağrı Mərkəzi və ya (012) 377-00-77 (daxili: 238) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Onu da qeyd edək ki, məhsul ixrac etmək istəyən alma istehsalı müəssisələri ixrac sertifikatlaşması prosesini həyata keçirmək üçün ixracdan üç gün əvvəl AQTA-nın regional bölmələrinə müraciət etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İt vergisindən 430 milyon qazanıblar

İt vergisindən 430 milyon qazanıblar

Beyləqan məktəbində zəhərlənən şagirdlərin SON DURUMU

Beyləqan məktəbində zəhərlənən şagirdlərin SON DURUMU

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...

DİQQƏT! Bakıda bu yol bağlanır

DİQQƏT! Bakıda bu yol bağlanır

Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB/FOTO

Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB/FOTO

Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…

Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər KƏSKİN YÜKSƏLDİ

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər KƏSKİN YÜKSƏLDİ

Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

“Bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi”

“Bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi”

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

İlham Əliyev: “Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”

İlham Əliyev: “Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”

İlham Əliyev Pezeşkianla görüşdü - FOTO/VİDEO

İlham Əliyev Pezeşkianla görüşdü - FOTO/VİDEO

AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

135 min nəfərlik nəhəng stadion inşa edilir

135 min nəfərlik nəhəng stadion inşa edilir

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

End of content

No more pages to load

RADİO