İsrailin kibertəhlükəsizlik sahəsində təcrübəsi öyrənilir - FOTO

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) nümayəndə heyəti yanvarın 30-dan fevralın 2-dək İsraildə işgüzar səfərdə olub. 

Bizim.Media xəbər verir ki, AKTA-dan AZƏRTAC-a bildiriblər ki, səfərin əsas məqsədi İsrailin informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən qurum və şirkətlərinin fəaliyyəti, habelə aidiyyəti texnologiya və həlləri ilə tanışlıq, eləcə də əməkdaşlıq əlaqələrinin yaradılması imkanlarının müzakirəsi təşkil edib.

İşgüzar səfər İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə AKTA tərəfindən təşkil olunub.

AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində sədr müavini Rauf Cabarov, İdarə Heyətinin üzvləri “A2Z” şirkətinin direktor müavini Məmməd Kərimli, “Caspian Tech” şirkətinin direktoru Vüsal Məmmədov, “PNetworks” şirkətinin texniki direktoru Mahir Yüksəl, eləcə də “PNetworks”, “Caspian Tech” və AKTA-nın inzibati heyətinin digər əməkdaşları yer alıblar.
İşgüzar səfər çərçivəsində AKTA nümayəndə heyəti ənənəvi olaraq hər il Təl-Əviv şəhərində baş tutan “CyberTech Global Tel Aviv 2023” konfrans və sərgisini ziyarət edib.

Sərgi çərçivəsində kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 100-dən çox şirkətin fəaliyyəti ilə yaxından tanışlıq həyata keçirilib, təqdim olunan texnologiya və həllərin potensial istifadə imkanları öyrənilib.


Müxtəlif panel müzakirələri formatında təşkil olunmuş konfrans zamanı kibertəhlükəsizlik və İKT sahəsində son trendlər və perspektivlər ətrafında aparılan müzakirələr xüsusi maraq doğurub. 

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində ölkəmizin elmi, texniki və kadr potensialının gücləndirilməsinə töhfə verə biləcək bir sıra şirkətlərlə nümayəndə heyətinin ikitərəfli B2B görüşləri baş tutmuşdur.

Bu məqsədlə “Magnifica”, “Flowsec”, “Flycomm”, “Hexatone”, “TripleP”, “Blackstone” və digər İsrail şirkətlərinin məhsulları və xidmətləri barədə təqdimatlar dinlənilmiş, eləcə də ölkəmizdə ortaq layihələrin yaradılması imkanları müzakirə edilmişdir.

Xüsusilə də, ölkəmizin startap ekosisteminin inkişafı və yeni kiberstartapların formalaşdırılması imkanları, həmçinin kibertəhlükəsizlik sahəsində tədqiqat və kadr potensialının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış bir sıra digər qurum və şirkətlərin baş ofisləri ziyarət edilib.

Bunların sırasında Beer-Şeva şəhərində İsrail Milli CERT-nin (IL-CERT) nümayəndələri ilə keçirilmiş görüş və müzakirələr xüsusi əhəmiyyət daşıyır. Milli CERT daxilində kiberinsidentlərə qarşı mübarizə və müxtəlif sahəvi kiberəməliyyat mərkəzlərinin fəaliyyəti yerində öyrənilib.

Habelə görüş və müzakirələr zamanı ölkəmizin aidiyyəti kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsində dəstəyin verilməsi, bu məqsədlə İsrail Milli CERT-inin laboratoriya mühitində qısa müddətli təcrübə keçmək imkanının yaradılması barədə ilkin razılıq əldə edilib. 

Səfər zamanı, həmçinin İsrailin bank sektorunun kibertəhlükəsizlik təcrübəsi ilə tanışlıq məqsədilə ölkənin ən böyük banklarından olan “Leumi” bankının kibertəhlükəsizlik üzrə məsul bölməsinin imkanları ilə tanışlıq həyata keçirilib, bank sektorunda mövcud olan kibertəhdidlər real nümunələr üzərində öyrənilib.

Eyni zamanda, İsrailin müdafiə sənayesi sahəsinin aparıcı yüksək texnologiya istehsalçısı olan “RAFAEL” şirkətinin ofisinə səfər həyata keçirilmiş və nümayəndə heyəti şirkətin aidiyyəti texnologiya və həlləri ilə yaxından tanış olmuşdur.
Ölkələrimizin informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi “Israil Export Institute” ilə müzakirə edilib. Kibertəhlükəsizliyin təmin olunmasının hər iki ölkə üçün aktuallığı nəzərə alınaraq, bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.

Gələcəkdə tərəflər arasında birgə işlərin görülməsi üçün danışıqların davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək verilməsi məqsədilə 2022-ci ildə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) özündə informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatları birləşdirir.

Bizim.Media










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

Universitet tələbəsi vəfat etdi

Universitet tələbəsi vəfat etdi

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Prezident Şahbaz Şərifi təbrik etdi

Prezident Şahbaz Şərifi təbrik etdi

İlham Əliyev Şamaxıda – FOTO

İlham Əliyev Şamaxıda – FOTO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

End of content

No more pages to load

RADİO