Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiyə Petrolleri” (TPAO) arasında yeni sahədə əməkdaşlıqla bağlı razılıq əldə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz jurnalistlərə açıqlaması zamanı bildirib.
“İllərdir ki, SOCAR-la TPAO arasında, xüsusilə Xəzər bölgəsində bəzi sahələrdə icra edilən ortaq layihələr var. Son həftələrdə başqa bir sahə ilə də əlaqəli görüşlər davam edirdi. Bununla bağlı bir əməkdaşlıq razılığı əldə edildi”, -deyə türkiyəli nazir qeyd edib.
Bizim.Media