Şəhərlərarası avtobuslarda yeni qiymətlər - CƏDVƏL

Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin yeni tarifləri elan olunub.

Bizim.Media bu barədə Bakı Beynəlxalq Avtovağzalına istinadən xəbər verir.

Tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanıb.

Yeni qiymətlər fevralın 3-dən qüvvəyə minir.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir.

Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilmişdir.

Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb.
Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Şəhərlərarası (rayonlararası) avtobus marşurutlarında məsafəyə uyğun sərnişin biletlərinin TARİFLƏRİ:








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

Universitet tələbəsi vəfat etdi

Universitet tələbəsi vəfat etdi

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Prezident Şahbaz Şərifi təbrik etdi

Prezident Şahbaz Şərifi təbrik etdi

İlham Əliyev Şamaxıda – FOTO

İlham Əliyev Şamaxıda – FOTO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Ağdaşda yaşlı qadın qətlə yetirildi - FOTO

Ağdaşda yaşlı qadın qətlə yetirildi - FOTO

İyunun 14-də “Son zəng” olmayacaq

İyunun 14-də “Son zəng” olmayacaq

“Peşmanam…” - VİDEO

“Peşmanam…” - VİDEO

Asılılıq genetika ilə bağlı imiş

Asılılıq genetika ilə bağlı imiş

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

End of content

No more pages to load

RADİO