Qarabağda fəaliyyət göstərən sahibkarlar üçün hansı güzəştlər mövcuddur? – ARAŞDIRMA 

2020-ci ilin noyabrında işğal altında olan torpaqlarımız azad edildikdən sonra yenidənqurma və bərpa işlərinə start verildi. Eyni zamanda hökumət işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlər və sahibkarlar üçün də bir sıra stimullaşdırıcı tədbirlər görüb.

Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 10 dekabrında “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. 

Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.

Bizim.Media Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərəcək sahibkarlar üçün bu günə qədər tətbiq olunan güzəştləri araşdırıb. 

Vergi güzəştləri

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyəti canlandırmaq üçün vergilərlə bağlı bir sıra güzəştlər mövcuddur.

Belə ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azaddır. 

Bunran əlavə, Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliklərə əsasən, işğaldan qurtarılmış ərazilərdə uçota alınacaq vergi ödəyicilərinə mənfəət, əmlak, torpaq vergilərindən 10 il müddətinə güzəşt olacaq. İstehsal fəaliyyəti sahələri üzrə xammalın ölkə ərazisinə idxalının da 10 il müddətinə vergilərdən azad edilməsi nəzərdə tutulub.

Eyni zamanda, işğaldan qurtarılmış ərazilərin turizm potensialı gözə alınaraq həmin sahənin gəlişməsi üçün bəzi qərarlar qəbul edilib. Sözügedən ərazilərdə əmlak, torpaq, mənfəət vergi güzəştləri ilə yanaşı, Əlavə Dəyər Vergisinin (ƏDV) geri qaytarılması üzrə faiz dərəcəsi də daha yüksək – 30 faiz müəyyənləşdirilib. Müvafiq qanun, 2022-ci ilin 30 dekabr tarixində Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.

Sığorta və miqrasiya güzəştləri 

“Sosial sığorta haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.

Qarabağda fəaliyyət göstərəcək şirkətlərə sığorta ödənişləri üçün subsidiya mexanizmi ilə yanaşı, miqrasiya qaydalarında da bir sıra güzəştlər nəzərdə tutulub.

Belə ki, mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Dövlət Miqrasiya Komitəsinin sədri Vüsal Hüseynov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün kvota tətbiq edilməyəcəyini vurğulayıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 70 yaşlı kişi itkin düşdü

Bakıda 70 yaşlı kişi itkin düşdü

Trampdan İDDİA: İranda rejim dəyişib

Trampdan İDDİA: İranda rejim dəyişib

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

Türkiyəli prodüser Erol Köse öldü

Türkiyəli prodüser Erol Köse öldü

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

Hindistan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 30% artırıb

Hindistan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 30% artırıb

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Murad Dadaşov evindən VİDEO paylaşdı

Murad Dadaşov evindən VİDEO paylaşdı

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

Millimiz hazırlığa başladı - FOTO

Millimiz hazırlığa başladı - FOTO

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

Neft kəskin ucuzlaşır

Neft kəskin ucuzlaşır

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

Bir ayda nə qədər arıqlamaq olar? - Ən təhlükəsiz ÜSUL

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

“PUA-lar uçacaq, narahat olmayın” - RƏSMİ

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

End of content

No more pages to load

RADİO