Nar bağlarının hər hektarına 5000, zeytuna isə 4900 manat ödəniləcək

Dövlət deqradasiyaya uğramış və yaxud bonitet balı aşağı olan torpaqların əkin dövriyyəsinə qazandırılması məqsədilə 2021-ci ildə belə torpaqlarda salınan nar və zeytun bağlarına birdəfəlik əkin subsidiyası verəcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, belə torpaqlarda intensiv üsulla salınacaq nar bağlarının hər hektarına 5000 manat, zeytun bağlarının hər hektarına 4900 manat ödəniləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən Bizim.Media-ya verilən məlumata görə, fermer yeni bağ üçün bir dəfəyə məxsus əkin subsidiyasını aşağıdakı 2 halda ala bilər: 

1. Deqradasiyaya uğramış torpaqlarda salınacaq nar/zeytun bağlarına – buna müvafiq olaraq təqdim edilən istifadə hüququna dair torpaq sənədində şorlaşma dərəcəsi şiddətli, çox şiddətli və şoran olan, və ya şorakətləşmə dərəcəsi şiddətli olan müraciətlər birdəfəlik əkin subsidiyasında nəzərə alınacaq. Təqdim edilən sənəddə qeyd edilən məlumatlar mövcud deyilsə, bu istiqamətdə Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış arayış müvafiq sənədə əlavə edilərək təqdim edilməlidir. 

2. Bonitet balı aşağı olan torpaqlarda nar/zeytun bağlarına – buna müvafiq olaraq təqdim edilən istifadə hüququna dair torpaq sənədində bonitet balı 20-dən aşağı olan müraciətlər birdəfəlik əkin subsidiyasında nəzərə alınacaq. Təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası kənd təsərrüfatı, məqsədli təyinatı (uqodiyası) “və sair”, “digər”, yaxud uqodiyası göstərilməyən sənədlər əsas alınacaq. 

Birdəfəlik subsidiya üçün fermerlər 1 fevral – 31 may tarixləri aralığında  müraciət edə bilərlər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə EKTİS-də qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS (coğrafi informasiya sistemi) vasitəsilə monitorinqi aparılacaq.

Birdəfəlik əkin subsidiyasını ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış olması, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır.

Bu şərtlərə sahib olmayan bağlar tək əkin subsidiyası ala biləcək. Belə ki, birdəfəlik subsidiyadan əlavə intensiv bağ sahibinə ilk 4 il ərzində hər hektara 700 manat əkin subsidiyası da ödəniləcək.

4 ildən sonra isə və ya ənənəvi bağlarda hər hektara görə fermer 240 manat subsidiya alacaq. Birdəfəlik subsidiya məbləği müraciət təsdiqləndikdən sonra “Fermer Kartı”na köçürüləcək.

Vəsaitin 75%-i həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək.

Vəsaitin bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulmasına və kredit borclarına yönləndirilməsi mümkün olacaq.

Vəsaitin 25%i isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınması üçün digər xərclərə (aqrotexniki xidmət və s.) istifadə oluna bilər.

Xatırladaq ki, ötən ildən etibarən, fermerlər subsidiya üçün Elektron Kənd Təsərrüfatatı İnformasiya Sistemi üzərindən onlayn müraciət edir və subsidiyalar “Fermer Kartı”na ödənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

"Bir daha həmin yerə getmərəm"

"Bir daha həmin yerə getmərəm"

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Türkiyə millisinə yeni himn bəstələyəcək

Türkiyə millisinə yeni himn bəstələyəcək

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

54 ildən sonra Yerin tam fotosu çəkildi

54 ildən sonra Yerin tam fotosu çəkildi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

End of content

No more pages to load

RADİO