Yunanıstan "Olimpiakos"u "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur oyunu üçün Bakıya 24 futbolçu gətirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, siyahıda adları sadalananlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi, 2-si isə hücumçudur.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Bizim.Media
