AFFA-nın lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.
Bizim.Media xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində Türkiyənin “Trabzonspor”u ilə Fransanın “Monako” klubları arasında keçirilən oyunun direktoru təyin olunub.
Bu oyun oktyabrın 13-də Trabzondakı Şenol Günəş Stadionunda baş tutacaq.
Zakir Abbas, Bizim.Media