“Paris Saint-Germain”in idman direktoru Luis Kampos “Rothen s” podkastında klubun iki ulduz futbolçusunun, Neymar və Mbappenin komandaya eyni vaxtda transfer olunmasını səhv addım adlandırıb.
Bizim.Media xəbər verir ki, oyunçular arasında çoxdan münaqişə yaranıb.
Bu da vaxtaşırı digər iştirakçılara öz təsirini göstərir.
Ümumilikdə Neymar Fransa çempionatında bu mövsüm PSJ-nin heyətində səkkiz oyunda səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib. O, təkcə komandasının deyil, bütün Liqa 1-in bombardirləri reytinqinə başçılıq edir. Mbappe rəqib qapısına 7 dəfə zərbə endirib.
Səkkiz turdan sonra PSJ Fransa çempionatının turnir cədvəlinə başçılıq edir.
Bizim.Media