Misli Premyer Liqasının 8-ci turunda hazırda davam edən "Qarabağ" - "Neftçi" oyununu izləyənlər arasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da var.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
O, görüşü stadiondan izləyir.
Qeyd edək ki, hazırda matçın ilk hissəsi oynanılır və hesab 0:1-dir.
Bizim.Media