“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ilk oyununu keçirib.
Bizim.Media "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz Roma” klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “Neftçi” C qrupundakı sonuncu matçında sabah “Lodicani” klubu ilə üz-üzə gələcək.
İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbağça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq
Bizim.Media