Azərbaycanın Millətlər Liqasındakı rəqiblərindən Slovakiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb. Komandanı Françesko Kaltsona çalışdıracaq. 54 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Slovakiya millisi Avro-2024-ə vəsiqə qazanarsa, çalışdırıcı ilə sözləşmə uzadılacaq.
Françesko bu vəzifədə Pavel Hapalı əvəzləyib.
Qeyd edək ki, Slovakiya C Liqasının 3-cü qrupunda 6 xalla üçüncü pillədə qərarlaşır. Komanda sentyabrın 22-də Azərbaycanı, 25-də isə Qazaxıstanı qəbul edəcək.
Bizim.Media