Çimərlik Futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, İtaliyanın Katanya şəhərində keçirilmiş Ukrayna – Azərbaycan qarşılaşması 5:4 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millinin qollarını Orxan Məmmədov, Kamil Hüseynov, Ramil Əliyev və Amid Nəzərov vurub.
Qeyd edək ki, digər qruplarda qeydə alınacaq nəticələrdən asılı olaraq, Azərbaycan yığmasının növbəti mərhələyə vəsiqə qazanıb-qazanmayacağı müəyyənləşəcək.
Bizim.Media