Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən mərasimdə Azərbaycanın "Beerbaşa" komandasının də rəqibləri bəlli olub.
Təmsilçimiz B qrupunda Rumıniyanın "AEK Oradea" (Rumıniya), Bolqarıstanın "DXC Technology" və Çexiyanın "G.I.C. La Plate de Künde Praqa" komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Monteneqroda keçiriləcək turnirə avqustun 31-də start veriləcək.
Bizim.Media