"Qarabağ" "Qalatasaray"ın Toral Bayramovu heyətinə qatmaq istədiyi barədə yayılan məlumatlara münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, kluba futbolçu ilə bağlı rəsmi təklif olunmayıb:
MÖVZU İLƏ BAĞLI:
"Qalatasaray" Azərbaycan millisinin üzvünü TRANSFER EDİR
"Rəsmi təklif olmayan təqdirdə nəsə danışmaq yersizdir. Hazırda yalnız "Viktoriya" ilə cavab oyununu düşünürük".
Qeyd edək ki, Toral 2019-cu ildən "Qarabağ"da oynayır.
Bizim.Media