Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə "Şamaxı" evdə "Səbail"lə heç-heçə edib - 1:1.
Qeyd edək ki, bu gün keçirilməli olan "Turan Tovuz" - "Qarabağ" matçı Ağdam təmsilçisinin müraciətinə və Tovuz klubunun razılığına əsasən təxirə salınıb.
Qeyd edək ki, turun digər oyunları 20-21 avqust tarixlərində olacaq.
Qollar: Ruslan Hacıyev, 20 (0:1), Amil Yunanov, 71 (1:1)
Bizim.Media